Ədibin imzaları

 

XX yüzilliyin əvvəllərində Azərbaycan mədəni həyatında, ictimai-siyasi, bədii-estetik fikrimizin inkişafında Üzeyir bəyin rolu əvəzsizdir. Kəsərli qələm sahibi Üzeyir Hacıbəyov təkcə qəzetçilik işi ilə məşğul olsaydı belə, yenə Azərbaycan mətbuatı tarixində görkəmli jurnalist, bacarıqlı redaktor kimi həmişəlik yaşaya bilərdi. Onun haqqında yazılmış monoqrafiyalar, kitablar, məqalələr tükənməzdir.

Naməlum, gizli, örtülü uydurma imzalar, müəllifi məlum olmayan müxtəlif təxəllüslər əsas etibarilə birinci rus inqilabından sonra Azərbaycan mətbuatında, xüsusən , satirik qəzet jurnallarda görünməyə başlamışdır.

Üzeyir Hacıbəyov da mətbuat orqanlarında gizli imzalarla çıxış edirdi. Qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində imzalarda ərəb əlifbasının hərflərindən istifadə olunurdu.

Hansı bir imzanı bir şəxsin adına bağlamaq üçün müəllifin vaxt, haradan, nədən, hansı janrda yazdığını, üslub, dil savad səviyyəsini nəzərə almaq lazım gəlir. Yəni, imzanın bir şəxsə aid olduğunu söyləmək üçün imza sahibinin ədəbi fəaliyyətini ardıcıl şəkildə tədqiq etmək onu izləmək lazımdır. Üzeyir Hacıbəyov uzun müddət mətbuatda çalışmış müxtəlif imzalardan istifadə etmişdir. O, müxtəlif zamanlarda, ayrı-ayrı qəzet jurnallarda "Kəs", "Filankəs", "Bəhmənkəs", "Musiqiçi", "...çı" digər imzaları işlətmişdir. "Həyat", "İrşad", "Tərəqqi", "İqbal", "Həqiqət", "Azərbaycan", "Kommunist" kimi qəzet jurnallarda çalışdığı zaman yazılarının altında bu imzaları qoymuş, həmin mətbuat orqanlarından getdikdə imzalarını özü ilə aparmışdır. Ümumiyyətlə, Üzeyir bəyin 65-dən çox gizli imzası olmuşdur. Onun ilk ən çox işlətdiyi gizli imzası "Filankəs"dir. O, "Ordan-burdan" ümumi başlıqlı felyeton satirik miniatürlərini bu imza ilə dərc etdirirdi.

Hətta eyni imza ilə bir neçə mətbuat orqanlarında - "Bir nəfər" imzası ilə "İqbal" (1912), "Sovqat" (1916), "Açıq söz" (1916), "Azərbaycan" (1918); "Kürd" imzası ilə "İrşad" (1906), "Sovqat" (1915) qəzetlərində çıxış etmişdir.

Ü.Hacıbəyovun gizli imza seçməkdə özünəməxsus üsulu olub. O, gizli imzaları üçün eyni məna verən müxtəlif sözlər - sinonimlər seçirdi. Məsələn: "Filankəs", "Bəhmənkəs", "Bikəs", "Bir şəxs" s. Hətta məqalə felyetonlarına başlıq seçməkdə eyni üsuldan istifadə etmişdir: "Ordan-burdan", "Dərədən-təpədən", "Oyandan-buyandan" s. Buradan da aydın olur ki, göstərilən başlıqlar imzalar, xüsusən, yazıların dil üslub xüsusiyyətləri Üzeyir bəyin gizli imzalarını müəyyənləşdirməyə kömək etmişdir. Bu cür xarakterli imzalarından başqa onun məzəli imzaları da olmuşdur. Məzəli imzalardan o, ən çox "Molla Nəsrəddin" jurnalında istifadə etmişdir: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" s.

Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindəndir. Ədibin felyeton, pamflet, satirik hekayə miniatürlərinin mayası şən gülüşlə - Üzeyir gülüşü ilə yoğrulmuşdur. Felyeton dedikdə, Üzeyir bəyin müxtəlif illərdə, müxtəlif qəzet jurnallarda dərc etdirdiyi felyetonları yada düşür. Ümumiyyətlə, respublika alimləri Ü.Hacıbəyovun 16-ya qədər qəzet jurnallarda çap edilmiş iki mindən artıq məqalə felyetonunu aşkara çıxarmışlar.

Felyeton - həm publisist, həm ədəbi "səlahiyyəti" olan əsərdir. O hər iki "səlahiyyətini" eyni dərəcədə ifa etməli, müvazinət gözləməlidir. Felyetonun hər hansı bir "tərəfi" üstünlük təşkil edərsə, o, bədii dəyərini itirər. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan bu janr Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk parodiyaları da böyük dəyəri olan əsl sənət əsərləridir. Buna misal olaraq onun "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi "Yazı yazanın...", "O, heç!", "Tərəqqi gerilik" s. felyetonlarını göstərmək olar.

Jurnalın redaktoru C.Məmmədquluzadə Ü.Hacıbəyovun şəxsiyyətinə böyük hörmət bəslədiyi kimi, onun elmi-ədəbi fəaliyyətinə yüksək qiymət verirdi. Ü.Hacıbəyovun tərcüməsində ("Tərəqqi", 1909) N.V.Qoqolun "Şinel" povestini C.Məmmədquluzadə çox bəyənmiş N.V.Qoqolu Azərbaycan oxucularına tanıtdırmaqda Üzeyir bəyin zəhmətinin böyük faydası olacağını bildirmişdi ("Molla Nəsrəddin", 1909).

"Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndələri M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərimanov, Ə.Haqverdiyev, N.Vəzirov kimi xalqın qeydinə qalan, hər an xalqı düşünən ədiblərimizlə yanaşı addımlayan Ü.Hacıbəyov avam, geridə qalmış mövhumatçı xalq kütlələrinə təsir etmək məqsədilə bir sıra mətbuat orqanlarında çıxış edərək, məqalələrində, felyetonlarında çarizmin irticaçı siyasətini kəskin qələmlə ifşa edir, xalqı narahat edən məsələləri həmin yazılarda geniş işıqlandırırdı.

Bu səbəbdən onun dostları, onu sevənlər (N.Vəzirov, H.Zərdabi, A.Şaiq, S.S.Axundov, H.Ərəblinski, M.Maqomayev, H.Sarabski b.) sevməyənlər (Ə.Topçubaşov, H.Vəzirov - "Təzə həyat" qəzetinin redaktoru, O.Orucov b.) çoxalırdı. İstər 1913-1914-ü illərdə (Üzeyir bəy Peterburqda təhsil alanda), istər 1915-1916- illərdə ("Yeni iqbal" qəzetinin redaktoru olanda) Üzeyir bəyi istəməyənlər ona qarşı həm gizli, həm açıq mübarizə aparırdılar. Üzeyir bəyi kiçik düşürəcək məqalələr, felyetonlar dərc etdirir, karikaturalar çəkdirirdilər. Buna misal olaraq, 1915-ci ildə "Məşhur bəstəkarımızın neçə ildən bəri müsəlman səhnəsində göstərdiyi xidmətdən bir nümunə" başlığı ilə "Məzəli" jurnalında dərc olunmuş karikaturanı göstərmək olar.

Üzeyir bəy ona edilən təzyiqlərə baxmayaraq, kəskin məqalələri, məzəli felyetonları ilə çar hökumətinin Azərbaycanda yeritdiyi siyasətə - zülmə, xalq kütlələrini hüquqsuz vəziyyətdə saxlayıb şiddətlə istismar etməsinə, çar məmurlarının rüşvətxorluğuna, maarifin geriliyinə qarşı çıxmış, hətta bolşeviklərə qarşı yorulmaz mübarizə aparmışdır.

O, tənqidi realizmi həqiqi sənət yolu hesab edir deyirdi: "... əsil yazıçı o yazıçıdır ki, onun qələmi biabır edir". Doğrudan da, o, o zamankı həyatın eybəcər hadisələrini cəsarətlə tənqid edib ələ salırdı.

Məşhur pedaqoq ədəbiyyatşünas F.Köçərli sevimli tələbəsi Üzeyir bəyin istedadına yüksək qiymət verir, oxucuları onun felyetonlarında, məqalələrində toxunulan ictimai problemlərə biganə qalmamağa çağırır, "... Ordan-burdan yazan Filankəsin zarafatyana yazdığı sözləri qəribliyə salmaq olmaz" ("Tərəqqi", 1909) - deyirdi.

Ü.Hacıbəyov dövri mətbuata yüksək qiymət verir, qəzeti bilik mənbəyi, informasiya daşıyıcısı, insanlar xalqlar arasında əlaqə ünsiyyətin vəsiləsi, mənəvi əxlaqi tərbiyənin əvəzsiz vasitəsi sayır, aktuallığı haqqında danışırdı. Ümumiyyətlə, aktuallıq jurnalistikanın mühüm xüsusiyyətlərindən biridir. Öz təcrübəsində aktuallığa yüksək qiymət verən Ü.Hacıbəyov redaktor işləyərkən deyirdi ki, qəzet xalqın işinə yaramalıdır, dövrün, zamanın mühüm məsələləri ilə səsləşməlidir. Onun öz sözü ilə desək: "Sözün özündən çox, onun yaratdığı məna böyük olmalıdır".

 

 

Səbinə Hafizova

Üzeyir Hacıbəyovun

ev-muzeyinin elmi işçisi

 

Azərbaycan.-2009.-1 mart.-S.11.