Qax abidələri
Yurdumuzun bütün bölgələri
tarixi abidələrlə
zəngindir. Təəssüf ki, əsrlərin
və quruluşların
təsirindən, təzyiqindən,
eləcə də baxımsızlıqdan, laqeydsizlikdən
sıradan çıxanları,
itib-batanları da var, bu günə
kimi salamat qalanları da, adicə qalıqları olanları da. Son illər dövlət
tərəfindən maddi-mədəniyyət
yadigarlarına göstərilən
diqqət və qayğının nəticəsində
həyata qayıdan abidələrin çoxu ikinci ömrünü yaşamaqdadır.
Yurdumuzun dilbər guşələrindən
olan Qax rayonunun ərazisində uzaq keçmişimizdən
xəbər verən tarixi abidələr çoxdur. Bu yerlərin
hər qarışında
boylanan qayanın da, ağac kötüyünün
də, bulağın da, çayın da bir tarixi
var. Onlar əsrlər
boyu bu yerlərdə
baş vermiş iğtişaşların, olayların
şahidi olublar.
Lazımdır ki, tarixçilərimiz
sinəsində min bir
dastan yaşadan bu sükuta bürünmüş aləmi
dilləndirə bilsin.
Şəkillərə fikir verin. Qum kəndində VI əsrdə tikilmiş bu məbədin qalıqları hansı müəmmalı tarixdən ərməğandır? Yaxud da VII əsrdə Kürmük çayının üzərində salınmış Ulu körpü hansı döyüş meydanına, savaşa şahidlik edib? VII əsrdə Güllük kəndində inşa edilmiş Axund Ağa məqbərəsi hansı tarixi şəxsiyyətin yadigarıdır? Bu sualların cavablarını isə tarixçilərimiz verməlidir.
Bəhruz Niftəliyev
tələbə
Azərbaycan.-2009.-1 mart.-S.11.