"Dilçilik ensiklopediyası"nın təqdimat mərasimi keçirildi

 

Azərbaycan Dillər Universitetində filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin "Dilçilik ensiklopediyası" kitabının ikinci cildinin təqdimat mərasimi keçirildi.

Tədbiri açan universitetin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komissiyasının sədri Səməd Seyidov ensiklopediyanın işıq üzü görməsində böyük zəhməti olan müəllifi yaradıcı heyəti təbrik etdi. Son illər universitetin pedaqoji kollektivinin dillərin tədrisi, mənimsənilməsi bu istiqamətdə lazımlı kitablar çap etdirmələrini yüksək qiymətləndirdi. Rektor Azərbaycanın filologiya tarixində belə bir ensiklopediyanın ilk dəfə çap olunmasını əlamətdar hadisə hesab etdi. S.Seyidov belə nəşrləri ADU-nun 2009-cu ili "Elm ili" adlandırmasına ən dəyərli töhfələr kimi qiymətləndirdi.

Müəllif professor F.Veysəlli çıxış edərək kitab haqqında ətraflı məlumat verdi. Nəzərə çatdırdı ki, "Dilçilik ensiklopediyası" digər lüğətlərdən (izahlı, ikidilli, etimoloji, sinonimik, amonimik sairə) dili, sistemi, strukturu, dilçilik elminin hazırkı durumu baxımından geniş dolğun biliklərin yer alması ilə fərqlənir.

Ensiklopediyaya on minə qədər linqvistik termin daxil edilmiş, onların alman, ingilis (transkripsiyası ilə birlikdə), fransız dilində qarşılığı, Azərbaycan dilində isə linqvistik şərhi verilmişdir. Lüğətin strukturu rus, alman, ingilis, fransız, Azərbaycan dillərinin ardıcıllığından ibarətdir.

Söz alan filologiya elmləri doktorları Nazim Hüseynli, Əbülfəz Rəcəbli, Atamoğlan Həsənov başqaları bu nəşri linqvistik terminlər, izahlı, dilçiliyin tarixi fəlsəfəsi lüğəti olduğunu şərh edərək onu bu istiqamətdə atılan ilk addım kimi yüksək qiymətləndirdilər.

"Dilçilik ensiklopediyası"nın məsləhətçiləri AMEA-nın müxbir üzvü, professor K.Abdullayev filologiya elmləri doktoru, professor M.Musaoğlu, rəyçilər filologiya elmləri doktorları F.Zeynalov A.Məmmədovdur. "Ön söz"ün müəllifi professor F.Veysəllidir.

 

 

Adilə Qocayeva

 

Azərbaycan.-2009.-1 mart.-S.12.