Bolqarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Georgi Pırvanova

 

 Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 Azərbaycan-Bolqarıstan münasibətlərinin hazırkı səviyyəsi, əlaqələrimizin əhatə dairəsinin gündən-günə genişlənməsi məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə sıx əməkdaşlığımızı, regional qurumlar və transmilli layihələr çərçivəsində birgə səylərimizi bundan sonra da səmərəli şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Bolqarıstan xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-3 mart.-S.1.