Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Acarıstan MR hökumətinin başçısı Levan Varşalomidzeni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Levan Varşalomidzeni qəbul etmişdir.

Levan Varşalomidze Batumi ilə Bakı arasında əlaqələrin tarixi köklərə malik olduğunu bildirdi, səfəri zamanı əməkdaşlığın genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına əminliyini söylədi.

Prezident İlham Əliyev Acarıstan Muxtar Respublikası ilə iqtisadi əlaqələrin Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 mart.-S.1.