Bərdədə Tarix-diyarşünaslıq muzeyinin açılışı

 

 Martın 2-də Bərdə şəhərində Tarix-diyarşünaslıq muzeyinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı muzeyin açılışını bildirən lenti kəsdi.

Muzeylə tanış olan Prezidentə məlumat verildi ki, iki salonda Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200 eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Muzeydəki eksponatlar Qarabağın tarixini saxtalaşdırmağa çalışanlara tutarlı cavabdır. V əsrdə Albaniyanın paytaxtı Qəbələdən Bərdəyə köçürüldükdən sonra bu şəhər nəinki qədim Azərbaycanın, eləcə Yaxın Şərqin siyasi, iqtisadi mədəni mərkəzlərindən birinə çevrilmişdi. Bu barədə məlumatlar yazılı mənbələrdə əksini tapmışdır.

Muzeyin yaxınlığında tikinti işləri aparılarkən şəhər qalıqları aşkarlanmışdır. Bu barədə AMEA-nın Arxeologiya İnstitutuna məlumat verildikdən sonra başlanılan qazıntılar zamanı qədim qızıl gümüş pullar tapılmışdır. AMEA-nın arxeloji ekspedisiyasının tədqiqatları Bərdənin 3 min il yaşının olduğunu göstərir. Bununla əlaqədar AMEA bu il elmi-praktik konfrans keçirəcəkdir. Bütün bunlar Azərbaycan torpaqlarına göz dikən ermənilərin təbliğatının saxtakarlığını bir daha təsdiqləyir.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın tarixi mədəniyyətinə həssas münasibətin bariz nümunəsi olan Bərdə Tarix-diyarşünaslıq muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq tövsiyələrini verdi, kollektivə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 mart.-S.2.