Bərdə şəhərində
musiqi məktəbinin
binası istifadəyə
verilmişdir
Dövlətimizin başçısı
açılışı bildirən lenti kəsdi və bina ilə
Prezident İlham Əliyevin göstərişi və Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 400 şagird yerlik dördmərtəbəli binanın tikintisinə 2008-ci ilin mayında başlanmış, inşaat-tərtibat işləri səkkiz aya başa çatdırılmışdır. Bu, Bərdə rayonunda 7-ci musiqi məktəbidir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənətə diqqət və qayğısını əks etdirən guşəyə baxdılar.
37 otaqdan ibarət məktəbdə uşaqlar tar, kamança, fortepiano, skripka, nağara, qarmon, saz və sair alətlərdə ifaçılığı öyrənəcək, ecazkar, sehrli muğamın incəliklərinə yiyələnəcəklər.
Dövlətimizin başçısı məktəbin lazımi avadanlıq və əyani vəsaitlərlə təmin edilmiş otaqlarına baxdı. Məktəbin akt salonunda müxtəlif konsertlərin təşkili üçün xüsusi səs avadanlığı quraşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı akt salonunda gənc musiqiçilərin ifasında "Heyratı" muğamını dinlədilər.
Dövlətimizin başçısı və xanımı uşaqların ifasını yüksək qiymətləndirdilər və onlara uğurlar arzuladılar.
AzərTAc
Azərbaycan.-2009.-3 mart.-S.2.