Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binası ilə tanış olmuşdur

 

Prezident İlham Əliyev Bərdəyə səfəri çərçivəsində, martın 2-də Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binası ilə tanış olmuşdur.

Ümumi sahəsi 506,8 kvadratmetr olan ikimərtəbəli binanın lazımi avadanlıqla təmin edilmiş otaqları 60 yerlik konfrans salonu vardır. Rayon təşkilatının Gənclər Birliyi Qadınlar Şurası da burada yerləşir.

Binanın Heydər Əliyev guşəsində ulu öndərin Azərbaycanın müasir tarixindəki müstəsna rolunu əks etdirən materiallar toplanmışdır.

Bina ilə tanış olan Prezident İlham Əliyev burada yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq tövsiyələrini verdi, təşkilatın üzvlərinə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 mart.-S.3.