Azərbaycan Prezidenti İlham Əliyev Yevlax rayonuna gəlmişdir
Son beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində
Yevlaxda da mühüm işlər görülmüşdür. Şəhərdə abadlıq-quruculuq, tikinti işləri aparılmış,
infrastrukturun yaxşılaşdırılması,
sosial problemlərin aradan qaldırılması
istiqamətində tədbirlər
həyata keçirilmişdir.
Bu dövrdə ümumi
daxili məhsulun həcmi 344,1 milyon manat olmuş,
bunda özəl sektorun payı 93,7 faiz təşkil etmişdir. Ötən illər ərzində
Yevlaxda rəqabətədavamlı
məhsul buraxan iri istehsal müəssisələri
yaradılmışdır. 2008-ci ildə istehsal edilmiş 12 milyon 300 min manatlıq sənaye məhsulunun 6,6 milyon manatlığı ixrac olunmuşdur. 67 milyon manatlıq
kənd təsərrüfatı
məhsulları istehsal
edilmişdir. Son beş ildə 12 mindən çox, o cümlədən 6272 daimi
iş yeri açılmışdır. 2008-ci ildə bütün maliyyə mənbələri
hesabına kapital qoyuluşunun həcmi 151,9 milyon manat
olmuşdur. 2004-2008-ci illərdə 954 layihə
həyata keçirilmiş,
əhalinin təbii qaz və elektrik
enerjisinə olan tələbatını ödəmək
istiqamətində mühüm
işlər görülmüş,
təhsil və səhiyyə obyektləri
tikilmişdir.
Dövlətimizin başçısı və
xanımı Mehriban Əliyeva əvvəlcə
şəhərin mərkəzindəki
Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri
qoydular.
Parkda Azərbaycanın dövlət
bayrağı ucaldılmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Elmar
Vəliyev parkda aparılmış yenidənqurma
və bərpa işləri haqqında məlumat verərək bildirdi ki, burada
sakinlərin istirahəti
üçün hər
cür şərait yaradılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-3 mart.-S.3.