Uşaq xəstəxanasının
açılışı
Azərbaycan Prezidenti İlham
Əliyev martın 2-də
Yevlax şəhərində
uşaq xəstəxanasının
açılışında iştirak etmişdir.
Xəstəxananın kollektivi dövlətimizin
başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı.
Prezident İlham
Əliyev açılışı
bildirən lenti kəsdi və xəstəxana ilə
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi
ki, smeta dəyəri 4 milyon manata yaxın olan xəstəxana kompleksi dövlət vəsaiti hesabına tikilmişdir. Kompleks üçmərtəbəli əsas korpusdan, yoluxucu xəstəliklər
korpusundan və yardımçı binalardan
ibarətdir.
Əsas korpusun sahəsi 2976 kavdratmetrdir. Burada 86 otaq vardır. 760 kvadratmetr sahəsi
olan yoluxucu xəstəliklər korpusunda
isə 33 otaq yerləşir.
Xəstəxananın mərkəzləşdirilmiş istilik sistemi var.
Uşaq xəstəxanası poliklinika,
qəbul, reanimasiya, somatik və laboratoriya şöbələrindən
ibarətdir.
Burada ən müasir rentgen, ultrasəs müayinə aparatları
quraşdırılmış, göz və burun-boğaz xəstəlikləri,
cərrahiyyə, stomatoloji
kabinetlər yaradılmışdır.
Dövlətimizin başçısı və
xanımı peyvənd
otağı, ultrasəs
müayinəsi, rentgen,
kardioloji kabinetlərə,
oyun zalına, palatalara baxdılar.
Prezident İlham
Əliyev tibb işçilərinə xəstəxanada
uğurlu fəaliyyət
arzulayaraq dedi ki, gözəl xəstəxanadır, həm
uşaqların müalicəsi
üçün çox
gözəl şərait
yaradılıb, həm
də həkimlər üçün iş şəraiti çox yaxşıdır. Sizi təbrik
edirəm və arzulayıram ki, burada siz uşaqlara
yaxşı baxasınız,
onları yaxşı
müalicə edəsiniz.
Həkim Kəmalə
MƏMMƏDOVA kollektiv adından
minnətdarlıq edərək
dedi: - Möhtərəm
cənab Prezident, respublikamızın bütün
bölgələrində olduğu
kimi, Yevlaxda da insanlar Sizin
gəlişinizi çox
böyük səbirsizliklə,
çox böyük sevinclə gözləyirlər.
Yevlaxa hər dəfə səfəriniz zamanı şəhərimizə yeni
həyat gətirirsiniz.
Cənab Prezident, burada ucalan möhtəşəm,
əzəmətli binanın
yerində 1934-cü ildə
inşa olunmuş köhnə, tam təmirsiz
bir bina var idi. Burada şəhərimizin
53 min balaca sakininə
xidmət göstərmək
üçün, eyni
zamanda, qan xəstəliklərinin, infeksion
xəstəliklərin müalicəsi
üçün lazım
olan tibbi şərait yox idi. Elə bu səbəbdən
də valideynlər öz xəstə uşaqlarını müalicə
etdirmək üçün
Bakıya, digər şəhərlərə üz
tutmaq məcburiyyətində
qalırdılar. İndi isə
Sizin diqqət və qayğınız sayəsində ucaldılan
möhtəşəm sağlamlıq
ocağı bu və ya digər
xəstəliklərin müalicəsinə
ən böyük töhfəsini verəcəkdir.
Bizim xəstəxananın məhz "Uşaq ili" elan olunan 2009-cu ildə istifadəyə verilməsi
körpələr üçün,
balacalar üçün
ən böyük töhfədir. 2008-ci ildə doğulan uşaqların sayı
2089 nəfər olmuşdur.
Bu, 2003-cü illə müqayisədə iki dəfə artıqdır.
Şəhərimizin azyaşlı sakinləri
ən müasir avadanlıqla təchiz olunmuş bu xəstəxanada ən yüksək tibbi xidmət ala biləcəklər.
Bu isə Sizin
müasir Azərbaycanın
xoşbəxt, sağlam
gələcəyi naminə
gördüyünüz işlərin
bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz,
bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı
bildiririk.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, əzizimiz, sevimlimiz Mehriban xanım Əliyevanın burada iştirakından istifadə
edərək, ölkəmizdə
ana və uşaqların sağlamlığına
göstərdiyi qayğıya,
himayədarlığa görə
ona dərin minnətdarlığımızı, ən xoş arzularımızı çatdırırıq.
Möhtərəm Prezident,
2007-ci ilin oktyabr ayında Yevlaxa səfəriniz zamanı şəhərimiz haqqında
dediyiniz sözlər heç vaxt yaddaşımızdan silinməyəcəkdir.
Siz Yevlaxın Azərbaycanın
ən inkişaf etmiş şəhərləri
sırasında olduğunu
demişdiniz. Həqiqətən də, Sizin sayənizdə şəhərimiz
günü-gündən gözəlləşir,
simasını dəyişir.
Bizim şəraitimiz də günü-gündən yaxşılaşır.
Buna görə, belə gözəl, abad, yaraşıqlı şəhərimizə görə
Sizə dərin minnətdarlığımızı bildiririk.
Çox sağ olun.
İlham ƏLİYEV: Mən hər dəfə Yevlaxda olanda, burada yenilikləri görəndə
çox sevinirəm. Müxtəlif vaxtlarda Yevlaxda
dəfələrlə olmuşam.
Son beş il ərzində bu, mənim Yevlaxa üçüncü
səfərimdir. 2007-ci ildə son dəfə burada olmuşam və o vaxt dediyim sözlər bu gün də
qüvvədədir. Yevlax getdikcə
daha da gözəlləşir,
daha da müasirləşir,
çox gözəl binalar tikilir, çox gözəl abadlıq işləri aparılır. Bax, bu meydan, Heydər Əliyev prospektinin abadlaşdırılması, binaların
təmiri - bütün
bunlar yəqin ki, sizi də
sevindirir, məni də sevindirir. Yevlaxa gələn hər bir vətəndaş bunu görür. Mən çox şadam ki, son illər ərzində Yevlaxda nəinki gördüyümüz
bu dəyişikliklər
baş verib, eyni zamanda, rayonun
iqtisadi potensialı möhkəmlənibdir. Deyə
bilərəm ki, son beş il
ərzində Yevlax iqtisadi inkişaf baxımından Azərbaycanda
ən sürətlə
inkişaf edən rayonlardan biridir. Yevlaxda son beş
ildə ümumi daxili məhsul bir neçə dəfə, 3-4 dəfə
artıbdır. Bu, onu göstərir ki, burada görülən
işlər, aparılan
islahatlar, quruculuq çox yüksək səviyyədədir. Azərbaycanın hərtərəfli inkişafı
üçün iqtisadiyyatın
bütün sahələri
inkişaf etməlidir.
Azərbaycanın iqtisadi inkişafı
dünyada ən sürətlidir. Son beş ildə bizimlə bu sahədə rəqabət
aparmaq qabiliyyətində
olan başqa ölkə yoxdur. Bəzi hallarda məsələni dərindən bilməyən,
yaxud da ki, Azərbaycana qısqanclıqla yanaşan
qurumlar bizim iqtisadi inkişafımızı
ancaq neft amili ilə bağlayırlar. Guya
neftin hasilatı hesabına Azərbaycanda iqtisadiyyat 2,6 dəfə artıbdır.
Amma Yevlaxın timsalında, digər rayonların timsalında biz görürük
ki, qeyri-neft sektorunun əsasında iqtisadiyyat necə sürətlə inkişaf
edir. Yevlax rayonunun iqtisadi
artımı 3-4 dəfə
olubdur, digər rayonlarda da buna
bənzər mənzərə
müşahidə edilir.
Yəni bu, onu göstərir
ki, ilk növbədə,
aparılan islahatlar, qoyulan vəsaitlər, yerli sahibkarlığın
inkişafı, yerli icra orqanlarının səmərəli fəaliyyəti
bütün bu uğurlara səbəb olubdur.
Siz də Yevlaxda yaşayırsınız, yevlaxlısınız
və şəhərin
sürətli inkişaf
dinamikasını sizdən
yaxşı bilən yoxdur. Siz də bunu görürsünüz, mən
də görürəm.
Mən çox şadam ki, bu gün
Yevlax Azərbaycanın
ən qabaqcıl rayonlarından biridir və burada gedən işləri çox yüksək qiymətləndirirəm. Yerli icra
orqanlarının fəaliyyətini,
xüsusilə icra hakimiyyəti başçısının
fəaliyyətini çox
yüksək qiymətləndirirəm.
Bunu da hamı bilməlidir.
İş yaxşı gedəndə,
bunu hamı deməlidir, pis gedəndə, əlbəttə
ki, tənqid olunmalıdır.
Belə gözəl tibbi müəssisənin yaradılması
da bugünkü Azərbaycanın reallığıdır. Azərbaycan dövləti,
ilk növbədə, sosial
məsələlərin həllinə
çalışır. Baxmayaraq ki, dünyada indi çox böyük iqtisadi və maliyyə böhranı hökm sürür, Azərbaycanda bunu yəqin ki, çox adam
hiss etmir. Vətəndaşlar, büdcə təşkilatlarında
işləyən insanlar,
əminəm ki, bunu hiss etmirlər. Əksinə,
bəzi hallarda qiymətlərin düşməsi
hesabına yaşayış
səviyyəsi daha da yaxşılaşır.
Biz növbəti illərdə də sosial məsələlərin
həlli, insanların
yaxşı yaşaması,
tibbi xidmətin daha da yüksək
səviyyəyə qaldırılması
üçün səylərimizi
əsirgəməyəcəyik, Azərbaycanda bütün
bölgələrdə çox
güclü tibbi xidmət göstərilməlidir.
Bu gün günorta
Bərdə şəhərində
müasir diaqnostika-müalicə
mərkəzinin açılışında
iştirak edirdim, indi isə burada
uşaq xəstəxanasının
açılışındayam. Bir müddətdən sonra
biz Yevlaxda böyük
xəstəxananın açılışında
iştirak edəcəyik,
onun da tikilməsi
haqqında göstərişlər
verilibdir.
Yəni, bir sözlə, biz öz sosial siyasətimizi bundan sonra da davam
etdirəcəyik və
Yevlaxın timsalında
biz bu gözəl nailiyyətləri görürük. Mən ümid
edirəm ki, növbəti dəfə Yevlaxa gələndə burada daha yeni
gözəl işləri
görəcəyəm. Sizə, bütün yevlaxlılara
bu işlərdə yeni uğurlar arzulayıram. Bir daha sizi təbrik edirəm.
* * *
Azərbaycan Prezidenti xəstəxananın
kollektivi ilə xatirə şəkli çəkdirdi.
AzərTAc
Azərbaycan.-2009.-3 mart.-S. 3-4.