İxrac Neft və Qaz Boru
Kəmərlərinin Təhlükəsizliyi
İdarəsinin Yevlax
regional şöbəsinin
şəxsi heyəti
üçün yaşayış
binası istifadəyə
verilmişdir
Prezident İlham Əliyev martın 2-də Xüsusi
Dövlət Mühafizə
Xidmətinin (XDMX) İxrac
Neft və Qaz Boru Kəmərlərinin
Təhlükəsizliyi İdarəsinin
Yevlax regional şöbəsinin
şəxsi heyəti
üçün tikilmiş
xidməti yaşayış
binasının açılışında
iştirak etmişdir.
İdarə rəisi, polkovnik Tariyel Nəsirov Azərbaycan Prezidentinə raport verdi.
Dövlətimizin başçısı açılışı bildirən rəmzi lenti kəsdi, bina ilə tanış oldu.
Prezidentə məlumat verildi ki, binanın tikintisinə ötən ilin martında başlanmışdır. Ümumi sahəsi 1050 kvadratmetr olan binada ikiotaqlı 4 və birotaqlı 2 mənzil ailəli, birotaqlı 10 mənzil isə subay hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur.
Hazırda Hacıqabul, Ucar, Şəmkir, Ağstafa və Siyəzən regional şöbələrinin şəxsi heyətləri üçün xidməti yaşayış binalarının inşası başa çatmaqdadır və bu ilin birinci rübünün sonunda onların da təhvil verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev binanın mənzillərində yaradılmış şəraitdən razılığını bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-3 mart.-S.4.