Yeni məktəb
Yevlaxda şahmatın
inkişafına təkan
verəcəkdir
Prezident İlham Əliyev martın 2-də Yevlaxa səfəri çərçivəsində
şəhərin Heydər
Əliyev prospektindəki
binaların ansamblını
tamamlayan daha bir obyektin - Şahmat məktəbinin açılışında iştirak
etmişdir.
Dövlətimizin başçısını və
xanımı Mehriban Əliyevanı burada hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən
rəmzi lenti kəsdi.
Məktəbin direktoru
Vaqif Quliyev məlumat verdi
ki, binanın tikintisinə 2008-ci ilin martında başlanmış
və inşaat işləri oktyabr ayında başa çatdırılmışdır. Smeta dəyəri 597,5 min manat olan
ikimərtəbəli bina
dövlət vəsaiti
hesabına tikilmişdir.
Birinci mərtəbədə
182 yerlik akt salonu, uşaq kitabxanası, ikinci mərtəbədə 8 sinif
otağı, müəllimlər
otağı və xidməti otaqlar, 178 kvadratmetrlik şahmat oyunları salonu yerləşir. Binada müasir havalandırma
və işıqlandırma
sistemləri quraşdırılmışdır.
Fasadı şahmat fiqurları
bəzəyir. Dəhlizlər və pilləkənlər
mərmərlə üzlənmişdir.
Məktəb müasir inventar
və avadanlıqla təchiz olunmuşdur.
Foyedə ulu öndər Heydər Əliyevin idmançılara, o cümlədən
şahmatçılara göstərdiyi
diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.
Dövlətimizin başçısı
məktəbin kitabxanası,
akt və oyun salonları, sinif otaqları ilə
Şahmat üzrə respublika çempionatının bürünc
mükafatçısı Jalə
Məhərrəmli dövlət
başçısına təqdim
olundu. Prezident onu təbrik
etdi, uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.-2009.-3 mart.-S.5.