Yevlaxda "EL-TV" regional televiziya şirkəti açılmışdır

 

Dövlətimizin başçısını xanımı Mehriban Əliyevanı burada səmimiyyətlə qarşıladılar.

Prezidentə məlumat verildi ki, regional teleşirkətin üçmərtəbəli binası dövlət vəsaiti hesabına tikilmişdir. Burada 40 otağı, 2 studiya 576 kvadratmetrlik çəkiliş pavilyonu vardır. Teleşirkət ən müasir rəqəmsal çəkiliş avadanlığı lazımi inventarla təmin olunmuşdur. Televiziyanın yayımı Gəncəbasar ərazisindən tutmuş Ağdaş, Göyçay, Ağsu, Bərdə, Tərtər, Ağdam, Şəki rayonlarını Mingəçevir şəhərini əhatə edir.

Şirkətə sutkada 15-16 saat efir vaxtı ayrılmışdır. Gün ərzində 2 dəfə "Xəbərlər" proqramı yayımlanacaqdır. Burada 55 nəfər işlə təmin olunmuşdur. Gələcəkdə işçilərin sayı artırılacaqdır.

Teleşirkətin transformator yardımçı stansiyası, generatoru, havalandırma qurğuları, qazanxanası var.

Prezident İlham Əliyev açılışı bildirən rəmzi lenti kəsdi, şirkətin binası ilə tanış oldu.

Dövlətimizin başçısı studiyalar pavilyonla tanış oldu, görülmüş işləri yüksək qiymətləndirdi, şirkətin kollektivinə uğurlar arzuladı.

Azərbaycan Prezidenti İlham Əliyevin Yevlax rayonuna səfəri başa çatdı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 mart.-S.5.