Şərəfli missiyanı yerinə yetirən alim

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının Dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Pənahi Manuçehr Abbas oğlu 1929-cu ildə İranın Maku şəhərində anadan olub. İbtidai təhsilini Makuda alan Manuçehr 1937-ci ildə atası Pənahi Abbas Hacı Ələubər oğlunun repressiyaya məruz qaldığı üçün Zəncana köçməli olur orta təhsilini burada başa vurur.

M.Pənahi 1945-ci ildə Milli Hökumət tərəfindən təsis edilmiş hərbi məktəbə daxil olur həmin ilin aprel ayında hərbi təhsilini davam etdirmək üçün Bakı hərbi məktəbinə göndərilir.

1947-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursunu bitirən Pənahi 1948-ci ildə institutun ingilis dili fakültəsinə daxil olmuş 1952-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

Təhsilini uğurla başa vuran Manuçehr 1952-1956-cı illərdə Şamxorda Nizami adına orta məktəbdə ingilis dili müəllimi işləyir.

Elm sahəsindəki uğurlarını davam etdirmək qərarına gələn P.Manuçehr 1957-ci ildə "Ərəb dili filologiyası" ixtisası üzrə aspiranturaya daxil olur Tbilisiyə ezam olunur.

Tbilisidə aspirant olduğu illərdə A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunda əvəzçiliklə müəllim işləyən P.Manuçehr 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir.

1960-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifələrində çalışan Pənahi 1974-1986-cı illərdə Azərbaycan Bədən Tərbiyə İnstitutunda Xarici dillər kafedrasının müdiri pedaqoji fakültənin dekanı işləmişdir.

1986-1990-cı illərdə Azərbaycan Dillər Universitetində kafedra müdiri axşam fakültəsinin dekanı işləyən Pənahi Manuçehr 1996-cı ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının Dillər kafedrasının müdiri vəzifəsində çalışır. O, 1973-cü ildən filologiya elmləri doktoru, 1980-ci ildən isə professordur. 100-dən çox elmi-pedaqoji əsərin müəllifi, 28-dən çox elmi konfransın iştirakçısı olub.

M.Pənahi həm namizədlik, həm doktorluq dissertasiyalarına dünya şöhrətli alim akademik S.V.Seretelinin rəhbərliyi altında tamamlamış müdafiə etmişdir. O, ərəb dili üzrə Azərbaycanda doktorluq dissertasiyası müdafiə edən ilk alimlərimizdəndir. Məhz buna görə onun bu işi ərəbşünas alimlərimiz tərəfindən çox müsbət qarşılanmışdır.

Professor M.Pənahi ilk tədqiqatçı idi ki, ərəb dilinə keçən ingilis fransız mənşəli mürəkkəb sabit sözlərin ərəb dilində hansı qanunauyğunluqlar əsasında formalaşdığını tədqiq etmiş onun nəticələri 1971-ci ildə Rabatda nəşr edilən "Əl-Lisan Əl-Ərəbi" jurnalında dərc olunmuşdur.

Onun yaradıcılığı yalnız bununla məhdudlaşmamışdır. O, eyni zamanda Bədən Tərbiyəsi İnstitutunda işlədiyi dövrdə "İdman terminləri lüğəti"nin, Xarici Dillər Universitetində çalışdığı zamanda ilk dəfə olaraq çap edilən böyük həcmli 40 45 minlik "azərbaycanca-ingiliscə lüğəti"nin müəlliflərindən biri olmuşdur. Hazırda çapa hazırlanan ingiliscə-azərbaycanca böyük həcmli terminlər lüğəti ilk dəfədir ki, N.Osmanova ilə birlikdə tərtib edilmişdir. Həqiqi mənada gəmiçilik sahəsində ən çox ehtiyac duyulan bu lüğət müəllim tələbələr üçün lazımi vasitələrdən biri olacaq. Professor M.Pənahinin, A.Ağaverdiyeva ilə birilkdə tərcümə etdikləri hazırda yuxarı kurslarda tədris prosesində istifadə olunan "İngilis Dəniz Xəritələrinin oxunuşu" vəsaiti gələcək mütəxəssislərin ən yaxın köməkçisinə çevrilmişdir.

Xatırlamaq çətin deyil ki, 1996- ildə ulu öndər Heydər Əlievin göstərişi əsasında yaradılmış Azərbaycan Dövlət Dəniz Akademiyasında Dillər kafedrasının yaradılması məhz professor M.Pənahiyə həvalə edildi. O, az bir müddət ərzində kafedranı formalaşdırdı. İlk növbədə tədris prosesini ali məktəblərin tələbatına müvafiq olaraq tənzimlədikdən sonra elmi-metodiki işlərin, dərs vəsaitlərin hazırlanması üsulu ilə kafedra əməkdaşlarını tanış edib bu işdə onlara lazımi köməyi göstərdi. Elə bunun da nəticəsində namizədlik dissertasiyası mövzusu üzərində işləyən Gülçöhrə Alıyeva nəinki dissertasiyasını müdafiə etdi, hazırda o, doktorluq dissertasiyasını müdafiə etmək ərəfəsindədir. Professor M.Pənahi onun məsləhətçilərindən biridir. Esmira Əhmədovanın "Müasir İngilis Dilindən Dəniz terminləri onların Azərbaycan dilində qarşılığı" adlı namizədlik dissertasiyası da M.Pənahinin rəhbərliyi altında başa çatmış müdafiə ərəfəsindədir. Hazırda kafedra III-IV kurslar üçün "Gəmi mexanikləri üçün ingilis dilində dərs vəsaiti" kitabı da professor M.Pənahi S.Nuriyeva tərəfindən tərtib olunaraq çapa hazırlanır. Bundan başqa "English for Navigators" adlı dərs vəsaiti M.Pənahi A.Ağaverdiyeva tərəfindən tərtib edilib tamamlanmışdır.

Azərbaycan Dövlət Dəniz Akademiyasında tədris olunan bütün fənlər üzrə tədris proqramları professor M.Pənahi, A.Ağaverdiyeva, E.Əhmədova G.Alıyeva tərəfindən İMO-nun tələblərinə müvafiq olaraq Azərbaycan ingilis dillərində hazırlanaraq çap edilmişdir. O, filologiya elmləri sahəsində gənc elmi kadrların yetişdirilməsində fəal iştirak edir. Professor M.Pənahi həm yüksək təşkilatçılıq qabiliyyətinə malikdir.

Bütün İran universitetlərinin iştirakı ilə Təbriz-Bakı konfransının təşkilatçısı professor Z.Verdiyeva bir neçə dəfə bu konfransın keçirilməsi ilə əlaqədar M.Pənahini Təbrizə ezam etmiş nəhayət, konfransın Təbriz şəhərində keçirilməsi qərara alınmışdır. Bu konfransda iştirak etmək üçün Bakıdan 54 nəfərdən ibarət heyət Təbrizə getmişdir. Konfransın təşkili professor M.Pənahiyə həfalə edilmişdir. Bu işin öhdəsindən o, yüksək səviyyədə gəlmiş bütün iştirakçılar böyük nailiyyətlərlə Bakıya dönmüşlər.

Professor M.Pənahinin elmi işləri Rusiya, Almaniya, İran, Mərakeş Gürcüstanda rus, fars, ingilis, ərəb dillərində çap edilmişdir.

Professor M.Pənahinin əməksevərliyi, işgüzarlığı xalqına olan dərin məhəbbəti onun ailəsindən gəlir.

Ömrünü elmə, onun inkişafına həsr etmiş bu insan haqqında çox danışmaq olar. 80 yaşını qeyd edən professorun keçdiyi ömür yoluna nəzər salanda Azərbaycan Dövlət Dəniz Akademiyasının bütün kollektivi qürur hissi keçirir bu insanla çiyin-çiyinə çalışdığı üçün sevindiyini gizlətmir. hələ uzun illər onu öz yanlarında görmək istədiklərini söyləyirlər.

 

 

Sambur Həmdullaoğlu

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru

 

Esmira Əhmədova

baş müəllim

 

Azərbaycan.-2009.-3 mart.-S. 9.