Aşıqşünas alim

 

Azərbaycanda aşıq sənətinin tədqiqi ilə ilk dəfə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli məşğul olmuşdur. Ondan sonra bu işin əsaslı tədqiqatçısı mərhum Əminə Eldarova sayılırdı. Aşıq musiqisinə vaxtaşırı görkəmli folklorçu alimlər - Məmmədsaleh İsmayılov Bayram Hüseynli müraciət etmişlər. Keçən əsrin 80-ci illərindən başlayaraq aşıqşünaslıq elminin toplanması, nota yazılması tədqiqi ilə əsaslı məşğul olan məhz Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovdur. Onun 1983-cü ildə namizədlik dissertasiyası "Koroğlu dastanında epik havalar" mövzusunda idi. Bir il sonra "Koroğlu havaları" adı ilə Bakıda, "İşıq" nəşriyyatında çap olunmuş, bir neçə il sonra isə "Azərbaycan aşıqlarının ənənəvi havaları" mövzusunda dissertasiyanın əsasını təşkil edən kitabı da 1989-cu ildə işıq üzü görmüşdür.

Aşıq yaradıcılığı ilə məşğul olan Tariyel Məmmədov bu sahədə bütün bacarıq biliyini sərf edərək görkəmli aşıqşünas-alim kimi tanındı.

Əvvəl Azərbaycan EA-nın İncəsənət Memarlıq İnstitutunda bir neçə il kiçik, böyük elmi işçi vəzifələrində çalışandan sonra Tariyel müəllimlik sənətinə keçdi. O, Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi nəzəriyyəsi kafedrasında həvəslə çalışdı, əvvəl baş müəllim, sonra dosent, professor elmi adlarına layiq görüldü. Müəllimlik peşəsini dərindən sevən Tariyel Məmmədov tez bir zamanda tələbələrin nüfuz hörmətini qazandı. Bu amil isə müəllim üçün xoşbəxtlikdir. O, Bakı Musiqi Akademiyasında bir neçə fəndən dərs deyir. "Azərbaycan xalq musiqi yaradıcılığı", dahi Üzeyir Hacıbəylinin yaratdığı "Azərbaycan xalq musiqisinin əsasları", "Mənbəşünaslıq" "Xalq musiqisinin aktual problemləri"... Bəli, o, istər bakalavr, istər magistr, istərsə aspirantura təhsili pilləsində hər bir tələbənin fikir düşüncələri ilə maraqlanır, onların çoxsaylı suallarına lakonik mənalı cavablar verir.

T.Məmmədov Bakı Musiqi Akademiyasının tədris prosesini öz kitabları ilə zənginləşdirir, - desək yanılmarıq. Xüsusilə alimin "Azərbaycan xalq-professional musiqisi: aşıq sənəti" adlı dərs vəsaiti tələbələr üçün qiymətlidir. Onun ikinci əsas işi "Musiqi dünyası" jurnalının baş redaktoru vəzifəsində əzmlə çalışmasıdır. Bu jurnal 10 il əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının Bakı Musiqi Akademiyasının təsisçiliyi ilə nəşr edilmişdir. Birinci sayından başlayaraq jurnalın ilk səhifəsi "Azərbaycan Bəstəkarlar İttifaqı"nda rubrikası ilə açılır. Bu rubrikada Bəstəkarlar İttifaqının ilboyu keçirdiyi bütün tədbirlər ətraflı şəkildə təhlil edilir. Bu baxımdan Bəstəkarlar İttifaqı üçün "Musiqi dünyası" jurnalı çox önəmli təqdirəlayiq bir aparır. Onu da deyək ki, bu jurnal MDB məkanında nüfuzlu musiqi jurnallarından biridir.

Tariyel Məmmədov bu günümüzə qədər 25-ə yaxın VEB saytı açmışdır. Əlbəttə ki, bu, çox böyük zəhmət tələb edən bir işdir. T.Məmmədovun rəhbərliyilə bu işin ərsəyə gəlməsində redaksiya heyətinin böyük zəhməti qeyd edilməlidir.

Biz onu da deyək ki, xüsusilə memorial sayılan ayrı-ayrı görkəmli bəstəkarlarımıza həsr olunmuş məqalələr mütəmadi buraxılan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin, Əfrasiyab Bədəlbəylinin, Vaqif Mustafazadənin başqalarının VEB saytları dünyaya böyük əks-səda salmışdır. Demək olar ki, hər il əsasən milli bayramlarımızda, yubileylərdə VEB saytların təqdimetmə mərasimlərinin şahidi oluruq. Bu layihələrin rəhbəri müəllifi Tariyel müəllim musiqi təhsil prosesi üçün xüsusi saytlar hazırlayır. Bu mənada Ü.Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları", "Elektron ensiklopediya"sı, Ə.Bədəlbəylinin "İzahlı-monoqrafik musiqi lüğəti" kimi saytların elmi redaktoru missiyasında o, çox önəmli işlər görür. Onu da deyək ki, "Musiqiçinin elektron kitabxanası" VEB saytında alim özünün aşıq havalarının not yazılarını da yerləşdirmişdir.

Bu il T.Məmmədov aşıq musiqisi ilə əlaqədar bir böyük həcmli kitab da nəşr etdirmişdir: "Azərbaycan klassik aşıq havaları". Bu məcmuəyə 80 aşıq havası daxil edilmişdir. Onların hamısı görkəmli aşıqların ifasından nota köçürülmüşdür.

İstedadlı alim, vaxtaşırı beynəlxalq simpozium konfranslarda da iştirak edir. ABŞ-da, Tunisdə, keçmiş SSRİ məkanındakı respublikalarda - Özbəkistanda, Belarusda, Litvada başqa ölkələrdə məhz aşıq yaradıcılığının aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxışları maraqla qarşılanır.

"Musiqi dünyası" jurnalının elektron mərkəzi ərsəyə gələndən sonra bir sıra VEB saytlara görə T.Məmmədov İnternet müsabiqələrinin, həmçinin "Hümay-2007" mükafatına da layiq görülmüşdür. Azərbaycanın görkəmli musiqişünas-alimi, sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi Tariyel Məmmədovun bu ay 60 illiyi tamam olur. Onun yaradıcılıqda, elmdə, təşkilatçılıq ictimai işlərdə hələ yeni-yeni planları mövcuddur. Gəlin bu xoş gündə Tariyel Məmmədovun 60 illik yubileyini təbrik edək, ulu Tanrıdan ona möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik fəaliyyətində yeni-yeni uğurlar diləyək.

 

 

Ramiz Zöhrabov

Azərbaycan Bəstəkarlar

İttifaqının katibi,

xalq artisti, professor

 

Azərbaycan.-2009.-3 mart.-S.9.