Bölgələrin hərtərəfli
inkişafı Azərbaycanın
tərəqqisinin təməlini
təşkil edir
Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində
martın 3-də Mingəçevir
şəhərinə gəlmişdir.
Azərbaycanın sürətli sosial-iqtisadi
inkişafı Mingəçevir
şəhərinin timsalında
da özünü göstərir. Şəhər getdikcə abadlaşır,
sənaye potensialı
artır. 2003-cü ilə
nisbətən 2008-ci ildə
ümumi məhsul istehsalının həcmi
1,7 dəfə artaraq
275 milyon manata, o cümlədən sənaye
məhsulunun həcmi
1,3 dəfə artaraq
192 milyon manata çatmışdır. Əsas
kapitala yönəldilən
investisiyalar 29 dəfə
artaraq 41,3 milyon manat, tikinti-quraşdırma
işlərinin həcmi
26 dəfə artaraq
34,2 milyon manat təşkil etmişdir.
Şəhərdə ulu öndərin adını daşıyan
muzey tikilmiş, parklar salınmış, yeni istehsal müəssisələri
fəaliyyətə başlamışdır. 2003-2008-ci illərdə
Mingəçevir şəhərində
191 müəssisə yaradılmış
və 6421 daimi olmaqla, 7215 yeni iş yeri açılmışdır.
Təhsil və səhiyyənin inkişafı diqqət mərkəzində olmuş,
yeni məktəb və xəstəxana binaları tikilmişdir. Dövlət başçısının "Əhalinin ekoloji cəhətdən təmiz
su ilə təminatının yaxşılaşdırılması
ilə əlaqədar
bəzi tədbirlər
haqqında" Sərəncamının
icrasına uyğun olaraq, uzun müddət
su problemi olan yaşayış massivlərinə yeni su kəməri çəkilmişdir.
Dövlətimizin başçısı və
xanımı Mehriban Əliyeva əvvəlcə
şəhərin Heydər
Əliyev meydanında
ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.
Energetiklər şəhərinin mərkəzi
meydanında geniş abadlıq-quruculuq işləri
aparılmış, sakinlərin
istirahəti üçün
lazımi şərait
yaradılmışdır. Burada musiqili
fəvvarə quraşdırılmış,
yaşıllıq zolağı
salınmış, 10 minə
qədər müxtəlif
növ ağac və gül kolları əkilmiş, gediş-gəlişi asanlaşdırmaq
üçün yerüstü
piyada keçidi tikilmişdir.
AzərTAc
Azərbaycan.-2009.- 4 mart.-S.1.