"Kür" elektron avadanlıqları istehsalı MMC ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də "Kür" elektron avadanlıqları istehsalı MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.

Mingəçevirin yeni sənaye müəssisələrindən olan "Kür" elektron avadanlıqları istehsalı MMC regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2005-ci ilin sentyabrında fəaliyyətə başlamışdır. Müəssisədə rəqabətə davamlı yüksək texnologiyalı məhsullar istehsal olunur. Bu məhsullar Mərkəzi Şərqi Avropa ölkələrinin təşkil etdiyi "Keyfiyyət turnirinin" qalibi olmuş, beynəlxalq İSO 9001:2000 sertifikatına layiq görülmüş, müxtəlif beynəlxalq sərgilərdə diplomlar almışdır.

Bu müəssisə respublikada ümumtəhsil məktəblərinin kompüterləşdirilməsində mühüm rol oynamışdır. Təhsil Nazirliyinin sifarişi ilə 27217 ədəd kompüter istehsal edilərək ümumtəhsil məktəblərinə verilmişdir. "Kür" kompüterləri Moldova Gürcüstana da ixrac olunur, Türkmənistanla isə bu istiqamətdə danışıqlar aparılır.

Müəssisənin istehsalı olan informasiya köşkündə ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən məlumatlar yerləşdirilmişdir.

Dövlətimizin başçısı müəssisənin istehsal sexi ilə tanış oldu.

 Bildirildi ki, konveyerdə gün ərzində 140 kompüter avadanlığı yığılır. "Kür" ticarət markası altında 22 konfiqurasiyada, 5 modeldə informasiya köşkləri, 2 modeldə stasionar telefon aparatları da buraxılır. 2005-2008-ci illərdə 29 min ədəddən çox fərdi kompüter, 127 ədəd informasiya köşkü, 22 min telefon aparatı istehsal edilmişdir. Hazırda müəssisədə 62 nəfər işləyir.

Azərbaycanda bu qəbildən olan ilk müəssisədə quraşdırılmış avadanlıq Almaniya İsrail şirkətlərindən alınmışdır. Yığılan kompüterlər termonəzarət kamerasında sınaqdan keçirilir. Testdən uğurla keçən kompüter 140-250 volt gərginlik intervalında yoxlanılır qablaşdırılır. İstehsal edilən kompüterlərə 3 il zəmanət verilir, bu müddətdə həm stasionar, həm səyyar servis xidmətləri göstərilir.

Prezident İlham Əliyev müəssisənin istehsal etdiyi məhsulların sərgisinə baxdı. Məlumat verildi ki, hazırda yeni kompüter modelləri istehsal edilir. Bu yaxınlarda fotoköşklərin istehsalına da başlanmışdır.

Burada internet xarakterli köşklər istehsal olunur. İnsanlar müəyyən yerlərdə quraşdırılan bu köşklər vasitəsilə pulsuz internetdən istifadə edərək, lazımi informasiya ala bilərlər. Köşkdə xüsusi proqramın köməyi ilə kommunal xidmətlərə görə borcların ödənilməsini həyata keçirmək, avtobus təyyarə reyslərinin cədvəlini öyrənmək, dövlət orqanlarının internet səhifəsindən istifadə etmək olar.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırlanan köşklər vasitəsilə isə paytaxtda regionlarda vakant yerləri barədə məlumat almaq mümkündür. Müəssisənin Bakıda Gəncədə ticarət agentləri fəaliyyət göstərir.

Dövlətimizin başçısına səyyar mobil texniki xidmət maşını haqqında da məlumat verildi.

Prezident İlham Əliyev müəssisənin işini yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.- 4 mart.-S.2.