"İnterenerji" Mingəçevirin iri müəssisələrindən biridir

 

Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində martın 3-də "İnterenerji" MMC-nin fəaliyyəti ilə tanış olmuşdur.

"Azerenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, MDB- analoqu olmayan bu müəssisə 2006- ildən işləyir.

Prezident İlham Əliyev müəssisənin sexlərini gəzdi, şəraiti ilə yaxından tanış oldu.

Ötən il "İnterenerji" MMC 35 milyon 480 min manat dəyərində tikinti-quraşdırma, 1 milyon 403,5 min manat dəyərində təmir-tikinti işlərini yerinə yetirmişdir. Müəssisənin 1400 işçisi var. Üçnövbəli rejimdə işləyən dəmir-beton məmulatları zavodunda 640 nəfər çalışır. İşçilərin orta aylıq əməkhaqqı 460 manatdır. Ötən il 8200 kubmetr dəmir-beton konstruksiyalar, o cümlədən yüksək gərginlikli elektrikötürmə xətləri üçün dayaqlar istehsal olunmuşdur. Keçən il zavodda mexaniki yığma metal dayaqlar sexi istifadəyə verilmişdir. Müəssisə 10, 220, 400 kilovoltluq elektrik xətləri üçün dəmir-beton dayaqlar istehsalına lazım olan xammalın bir hissəsini Ukrayna Rusiyadan alır.

 Dövlət başçısının tapşırıqlarına əsasən, müəssisə Azərbaycan İstilik Elektrik Stansiyasında ehtiyat mazut çənləri quraşdırır. Hər birinin tutumu 20 min kubmetr, diametri 40, hündürlüyü 23 metr olan çənlər ölkədə ilk dəfə olaraq bilavasitə təyinat yerində quraşdırılır.

Prezident İlham Əliyev müəssisənin işini yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 mart.-S.3.