Prezident İlham Əliyev Mingəçevirdə
"River side" mehmanxanasının açılışında
iştirak etmişdir
Prezident İlham Əliyev martın 3-də Mingəçevirdə
"River side" mehmanxanasının açılışında iştirak
etmişdir.
Dövlətimizin başçısı
açılışı bildirən lenti kəsdi və mehmanxana ilə
Son illərdə
ölkədə turizm
sektorunun inkişafı
sahəsində görülmüş
işlərin daha bir nümunəsi olan 4 ulduzlu "River
side" mehmanxanası şəhərin
memarlıq ansamblına
yaraşıq verir.
Kürün sahilində
yerləşən və
ümumi sahəsi 7000
kvadratmetr olan beşmərtəbəli binada
30 otaq, 60 nəfərlik
konfrans salonu, yay restoranı, 120 nəfərlik restoran, kafe-bar, idman salonu, trenajor və sair var. Turistlərdən ötrü
80 yerlik avtomobil dayanacağı da yaradılmışdır.
Beynəlxalq standartlara uyğun olan bu mehmanxana
yüksək xidmət
səviyyəsi ilə
fərqlənir. Burada turistlərin vaxtlarının
səmərəli təşkili
üçün hər
cür şərait yaradılmış, ovçuluq
və balıqçılıq
həvəskarlarının da marağı nəzərə alınmışdır.
Mehmanxanada müştərilərə 40 nəfərlik
heyət xidmət göstərir.
Qonaqlara Azərbaycan və Avropa mətbəxinin nümunələri təklif
olunur. Onlar Kürdə gəmi
gəzintisinə də
çıxa biləcəklər.
Ölkəmizdə turizm sektorunun inkişafının əhəmiyyətini
vurğulayan Prezident İlham Əliyev mehmanxanada yaradılmış
şəraitdən razılığını
bildirdi.
AzərTAc
Azərbaycan.-2009.-4 mart.-S.3.