Mingəçevir şəhər
stadionu yenidən qurulur
Prezident İlham
Əliyev Mingəçevirə
səfəri çərçivəsində
Rəşad Məmmədzadə
adına şəhər stadionunda aparılan yenidənqurma işləri ilə də
Dövlətimizin başçısına məlumat
verildi ki, son vaxtlar ölkəmizin bütün regionlarında
olduğu kimi, Mingəçevirdə də
idmanın müxtəlif
növlərinin inkişafına
diqqət artmışdır. Şəhər stadionu 1953-cü ildə inşa olunmuşdu və müasir tələblərə cavab
vermirdi. 2008-ci ilin
iyunundan burada yenidənqurma işlərinə
başlanmışdır. Tribunalarda indiyədək
2 min plastik oturacaq quraşdırılmışdır. Üçüncü və dördüncü
sektorlarda işlər tamamlandıqdan sonra tamaşaçı
yerlərinin sayı 5 minə çatdırılacaqdır.
Dövlətimizin
başçısı stadionun müasir tələblər səviyyəsində
istifadəyə verilməsi, idmançılar və
tamaşaçılar üçün lazımi şəraitin
yaradılması ilə bağlı
tapşırıqlarını verdi.
Bununla da
Prezident İlham Əliyevin Mingəçevir şəhərinə
səfəri başa çatdı.
AzərTAc
Azərbaycan.-2009.-4 mart.-S.3.