Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini
və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzəni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-4 mart.-S.4.