Azərbaycan Prezidenti İlham Əliyev İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantikanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də İtaliya xarici işlər nazirinin müavini, senator Alfredo Mantikanı qəbul etmişdir.

Alfredo Mantika İtaliya Nazirlər Şurasının Sədri Silvio Berluskoninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Azərbaycan Prezidentinin İtaliyaya səfəri zamanı hökumət başçısı ilə keçirdiyi görüşün aparılan səmərəli danışıqların iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətini vurğuladı.

Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin siyasi, iqtisadi digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin salamlarına görə minnətdarlığını bildirdi, özünün salamlarını ona çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 mart.-S.4.