Azərbaycan seçki prosesindəki nailiyyətlərinə görə dünyanın bir çox ölkələrinə nümunədir

 

Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri əvəzi Aleksis Şahtaxtinski demişdir ki, təmsil etdiyi təşkilatın əsas məqsədi quruma üzv ölkələrdə şəffaf demokratik seçkilər keçirilməsinə, ümumiyyətlə demokratikləşmə prosesinə yardım göstərməkdir. Bu tədbirin də əsas məqsədi martın 18-nə təyin olunmuş referendumun şəffaf keçirilməsinə və səsvermə prosesinə müdaxilənin qarşısının alınmasına yardım göstərməkdir.

Səfir demişdir ki, Azərbaycanda seçki prosesi daim təkmilləşir. Son prezident seçkisində bu mühüm siyasi tədbirə hazırlıq, səsvermənin gedişi səslərin sayılması proseslərində nailiyyətlər əldə olunmuş, yerli icra orqanlarının seçkilərə müdaxiləsi halları aradan qalxmışdır. Bütün bu faktlar ATƏT-in Demokratik Təsisatlar İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) hesabatında da əksini tapmışdır.

A.Şahtaxtinski seçkilərin şəffaf demokratik keçirilməsi üçün Azərbaycan Prezidentinin imzaladığı fərman sərəncamları, Seçki Məcəlləsinə edilən əlavələri dəyişiklikləri yüksək qiymətləndirmişdir. Səfir bu tədbirlərin dövlətin demokratik seçki keçirmək əzminin göstəricisi olduğunu bildirmişdir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat sessiyasının əhəmiyyətindən danışmış bildirmişdir ki, Azərbaycanda demokratik şəffaf seçkilər keçirilməsi üçün hər cür şərait yaradılmışdır. 2008-ci ildə keçirilmiş prezident seçkilərində çox ciddi uğurlu nəticələr əldə olunmuşdur. Bu, ATƏT DTİHB-in son hesabatında da əksini tapmışdır hesabat əvvəlkilərdən köklü surətdə fərqlənir.

MSK sədri demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya edir. Bunun üçün seçkilərin demokratik keçirilməsi əsas şərtdir. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində demişdir ki, Azərbaycanın yeri demokratik dünyadadır. Bu gün Azərbaycan Avropa Şurasının digər nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Prezident İlham Əliyev demokratik dövlət vətəndaş cəmiyyəti quruculuğu siyasətini müasir dövrün tələblərinə uyğun surətdə uğurla davam etdirir bunun nəticəsində biz qısa müddətdə böyük nailiyyətlər qazanmışıq. Seçki prosesindəki nailiyyətlərinə görə, Azərbaycan indi dünyanın bir çox ölkələrinə nümunədir.

MSK sədri demişdir ki, bəzi problemlər vardır. Seçki prosesi davamlı olduğu üçün biz həmin problemlərin həlli istiqamətində səylərimizi davam etdirəcəyik. Azərbaycanın kifayət qədər güclü intellektual potensiala malik ictimaiyyəti vardır əminik ki, bunun sayəsində demokratik dəyərlərə tam sahib olacağıq.

M.Pənahov dairə seçki komissiyalarının bütün lazımi avadanlıq və digər zəruri texnika ilə təmin olunduğunu, məntəqə seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırıldığını, onların da texniki və digər problemlərinin həll olunduğunu bildirmişdir.

Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, 2008-ci ildə ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə keçirilən bu cür tədbirlərin seçkilərin demokratik və şəffaf keçirilməsinə müsbət təsiri olmuşdur. Bugünkü tədbir də icra strukturları, dairə və məntəqə seçki komissiyalarının işinin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır. Azərbaycan hökuməti həmişə olduğu kimi, 18 mart referendumunu da demokratik və şəffaf keçirmək əzmindədir. Bunun üçün bütün tədbirlər görülür və görülməkdədir. Bu tədbirin məqsədi seçki institutlarına, mərkəzi və yerli icra strukturlarına seçkilərlə bağlı beynəlxalq tələblər, standartlar barədə bir daha məlumat verməkdir. Beynəlxalq təşkilatların tələbi odur ki, mərkəzi və yerli icra strukturları, seçki institutları öz səlahiyyətlərindən kənara çıxmasınlar, inzibati resurslardan səmərəli şəkildə, qanunauyğun istifadə edilsin, təşviqat qrupları üçün bərabər şərait yaradılsın, seçicilərin səsvermədə öz iradəsini sərbəst ifadə etməsinə yardım göstərilsin, səsvermə prosesinə qanunsuz müdaxiləyə yol verilməsin. Hökumət bunun üçün bütün lazımi addımları atmışdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınmaqla bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Ə.Həsənov bildirmişdir ki, həm bu dəyişikliklər, həm də Prezident İlham Əliyevin seçkilərlə bağlı imzaladığı sərəncamlar seçkilərin, eləcə də referendumun ədalətli və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır. Əminliklə demək olar ki, 18 mart referendumu da tam demokratik şəffaf keçiriləcəkdir.

Daha sonra tədbirdə rayon icra hakimiyyəti rəhbərlərinə, dairə seçki komissiyalarının sədrlərinə Seçki Məcəlləsinə edilmiş əlavələr dəyişikliklər, seçki prosesinə müdaxiləyə yol verilməməsinə dair qanunda nəzərdə tutulmuş tələblər, eləcə beynəlxalq seçki standartları ilə bağlı ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 mart.-S.4.