Əli Həsənov:
Referendum hər bir ölkənin daxili işi olduğu üçün
beynəlxalq müşahidə
obyekti deyildir
Referendum hər bir ölkənin
öz daxili işidir. Ona görə də
referendum beynəlxalq müşahidə
obyekti deyildir.
Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov jurnalistlərə
müsahibəsində demişdir
ki, parlament və prezident seçkiləri ATƏT-in müşahidə
missiyasına daxildir və ATƏT bu müşahidəni ümumi
şəkildə təşkil
edir. Buna baxmayaraq, Azərbaycan tərəfi martın 18-nə təyin
olunmuş referenduma Avropanın mühüm institutlarından - Avropa Şurasından, Avropa Parlament Assambleyasından nümayəndələr dəvət
etmişdir.
Ə.Həsənov bildirmişdir ki, əgər digər qurumlar müraciət edib referendumda iştirak etmək istəklərini bildirsələr,
biz onlar üçün
də şərait yaratmağa hazırıq.
Azərbaycan.-2009.-4 mart.-S.4.