Azərbaycan Diplomatik Akademiyası
ilə İtaliyanın
Azərbaycan Diplomatik Akademiyası ilə İtaliyanın
Trento Universitetinin Beynəlxalq
Münasibətlər İnstitutu
arasında Anlaşma Memorandumu imzalanmışdır.
Üçillik Memorandumu Azərbaycanın
xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev və Trento Universitetinin Proqramlar üzrə direktoru Ton Notermans imzalamışlar.
Sənəd çərçivəsində
Diplomatik Akademiya ilə Trento Universiteti arasında professorların,
magistratura və doktorantura pilləsində
təhsil alan
tələbələrin mübadiləsi,
birgə tədqiqat layihələri, tədris
təcrübəsinin qarşılıqlı
öyrənilməsi və
digər sahələrdə
əməkdaşlıq, birgə
dərəcə proqramlarının
həyata keçirilməsi
nəzərdə tutulmuşdur.
Trento Universitetinin təhlükəsizlik
və münaqişələrin
həllinə yönəlmiş
proqramlar üzrə ixtisaslaşdığını vurğulayan H.Paşayev bu ilin sentyabrından
ADA-da münaqişələrlə
bağlı proqramlar həyata keçiriləcəyini
bildirmişdir.
Azərbaycanın bölgədə daha mühüm dövlətə
çevrildiyini söyləyən
T.Notermans ölkəmizlə
əməkdaşlığa böyük əhəmiyyət
verdiklərini vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2009.-4 mart.-S.5.