Milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin gənclərimizin vətənpərvərlik, tariximizə, milli adət-ənənələrimizə, maddi-mənəvi dəyərlərimizə hörmət ruhunda yetişdirilməsi və tərbiyə edilməsi sahəsində apardığı məqsədyönlü siyasətinin həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyi də daim ön sıradadır. Mütəmadi olaraq milli təhlükəsizlik orqanlarının rəhbər işçilərinin, əməkdaşlarının, veteranlarının iştirakı ilə ölkənin ali və orta məktəblərində müəllim-professor heyəti, tələbələr və şagirdlərlə görüşlər təşkil olunur, həmin tədbirlərdə gənc nəslə vətənpərvərlik, xalqa məhəbbət, dövlətçilik maraqlarına və mənafelərinə sədaqət ruhu aşılanır.

Belə görüşlərdən biri də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi ərəfəsində Bakıda Milli Qəhrəman Eldar Harun oğlu Məmmədovun adını daşıyan 189 nömrəli orta məktəbin kollektivi ilə keçirilmişdir.

Tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon idarəsinin əməkdaşları, rayon icra hakimiyyətinin, Milli Qəhrəmanları İctimai Tanıtma Birliyinin, Bakı şəhər təhsil üzrə Baş İdarəsinin və respublika Təhsil Şurasının nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və qonaqlar iştirak etmişlər.

Vətən uğrunda çanlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilmişdir.

Məktəbin direktoru Bela Cəlilova rəhbərlik etdiyi kollektivin adından Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etmiş, onlara çətin şərəfli işlərində uğurlar arzulamışdır. O, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən hazırlanaraq nəşr olunan "Milli təhlükəsizlik orqanlarının qəhrəmanları" adlı kitabın məktəbə hədiyyə edildiyi, belə bir görüşün Azərbaycanın Milli Qəhrəmanı Eldar Məmmədovun təhsil aldığı adını daşıdığı məktəbdə keçirildiyi üçün milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirmişdir.

Direktor qeyd etmişdir ki, məktəbin kollektivi vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, igidlik şücaət göstərmiş, milli təhlükəsizlik orqanlarının əməkdaşı olmuş Eldar Məmmədovun adını həmişə uca tutur, şagirdlər təhsildə əldə etdikləri uğurlarla ona layiq olmağa çalışırlar. Bu cür tədbirlərin keçirilməsinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti vardır.

Təhlükəsizlik orqanlarının veteranları Bəxtiyar Süleymanlı Mirhəbib Seyidov da çıxışlarında milli təhlükəsizlik orqanlarının yarandığı gündən indiyədək keçdiyi çətin şərəfli tarixi yol barədə söz açmış, ulu öndər Heydər Əliyevin bu qurumda apardığı azərbaycanlılaşdırma, çətinliklər bahasına həyata keçirdiyi milliləşdirmə prosesindən bəhs etmişlər. Milli Təhlükəsizlik Nazirliyinin xalqımızın maraqlarının etibarlı təmin olunması sahəsində gördüyü işlərin ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edən veteranlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanın getdikcə daha da qüdrətlənəcəyini bildirmişlər.

Milli Təhlükəsizlik Nazirliyinin Səbail rayon idarəsinin əməkdaşı Ramiz Məmmədov tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə məktəbin kollektivinə təşəkkür etmişdir. O demişdir ki, hazırda ölkəmizin Prezidenti İlham Əliyevin diqqət qayğısı nəticəsində milli təhlükəsizlik orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması istiqamətində mühüm işlər görülür. Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar həyata keçirdiyi uğurlu tədbirlər ölkəmizin başçısının təhlükəsizlik orqanlarına göstərdiyi etimadın, diqqət qayğının bariz təzahürüdür. R.Məmmədov Milli Qəhrəman Eldar Məmmədovun ömür tarixçəsini vərəqləmiş, onun vətənə, torpağa olan tükənməz sevgisindən söz açmışdır.

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Bakı şəhəri üzrə departamentinin sədri Mirbəşir Murtuzov milli qəhrəmanlarımızın göstərdikləri hünər şücaət nümunələrindən bəhrələnməyin zəruriliyini vurğulamış, gənclərin vətən uğrunda döyüşlərə hər an hazır olmalarının vacibliyini nəzərə çatdırmışdır. O, Milli Təhlükəsizlik Nazirliyinin təhsil ocaqlarında keçirdiyi tədbirləri yüksək qiymətləndirmiş milli qəhrəmanlara göstərilən hörmət ehtiram nümunəsinin gənclərin həyatında önəmli iz buraxacağını vurğulamışdır.

Sonra məktəblilərin ifasında vətəni, xalqımızın qəhrəmanlığını tərənnüm edən şeirlər səslənmişdir. Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyanı vətənpərvərlik motivləri əsasında yazılmış musiqi sədaları altında təqdim etmişlər. Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının fəaliyyətini əks etdirən "Şücaət şöhrətin ünvanı" adlı sənədli film nümayiş olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-4 mart.-S.4.