Azərbaycan diasporu Nyu-Yorkda Ermənistanın
BMT yanında daimi nümayəndəliyi qarşısında
etiraz aksiyası keçirmişdir
Xocalı soyqırımının 17-ci ildönümü
ilə əlaqədar
ABŞ-ın Nyu-York şəhərində silsilə
tədbirlər keçirilmişdir.
Azərbaycan diasporunun təşkilatçılığı
ilə fevralın
26-da Ermənistanın BMT yanında
daimi nümayəndəliyi
qarşısında keçirilən
etiraz nümayişi zamanı Xocalı soyqırımına dair məlumatlar və şəkillər Nyu-York sakinlərinə paylanılmışdır. Nümayişin sonunda Ermənistanın işğalçı siyasətini
pisləyən bəyanat
qəbul edilmiş və Ermənistan nümayəndəliyinə təqdim
edilmişdir.
Həmin gün bu tarixi faciə
ilə əlaqədar,
Azərbaycan Respublikasının
BMT yanında daimi nümayəndəliyi tərəfindən
BMT-nin Baş katibinə, BMT Katibliyinin əsas idarələrinə
və BMT-yə üzv dövlətlərin
daimi nümayəndəliklərinə
Xocalı soyqırımına
dair mətbuat məlumatı göndərilmişdir.
Nyu-York şəhərində yerləşən
"Türk Mərkəzi"ndə
Xocalı soyqırımı
qurbanlarının xatirəsinə
həsr edilmiş görüş keçirilmişdir.
Tədbirdə 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Azərbaycanın Xocalı
şəhərində erməni
və rus hərbi birləşmələri
tərəfindən günahsız
əhaliyə qarşı
törədilmiş soyqırımı
aktında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə Azərbaycanın
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Qənirə Paşayeva və Həvva Məmmədova, ABŞ-da yaşayan Azərbaycan, türk, yəhudi diasporlarının rəhbərləri
və üzvləri, Azərbaycan Respublikasının
BMT yanında daimi nümayəndəliyinin əməkdaşları
iştirak etmişlər.
İştirakçılara Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar və bukletlər paylanılmış, Xocalı
soyqırımına həsr
olunmuş sənədli
film göstərilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-4 mart.-S.5.