Azərbaycan Dillər Universitetində İtalyan dili Mərkəzi açılmışdır

 

Azərbaycan Dillər Universitetində (ADU) İtalyan dili Mərkəzinin açılışı olmuşdur.

Qonaqları səmimi salamlayan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qeyd etmişdir ki, ali məktəbdə italyan dili 2001-ci ildən tədris olunur. Hazırda italyan dili tərcüməçiləri bölməsində bakalavrlar bir neçə magistr təhsil alırlar. Tələbələr kompüterlər, zəruri ədəbiyyat sorğu kitabları ilə təchiz edilmiş mərkəzin açılışını böyük sevinclə qarşılamışlar.

Ölkəmizdə səfərdə olan İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika demişdir: "İtalyan dili Mərkəzinin açılışında iştirak etdiyimə çox şadam. Yaxşı haldır ki, mərkəzin açılışı səfərimlə bir vaxta düşmüşdür, çünki italyan dilini yaymaq mənim səlahiyyətlərimə aiddir. İstərdim ki, tələbələr dil vasitəsilə mədəniyyətimiz xalqımızla yaxından tanış olsunlar. Sizə uğurlar arzulayıram!"

Mərkəzin açılış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa iştirak etmişdir.

 

 

Azərbaycan.-2009.-4 mart.-S.5.