Dünya şöhrətli alim

 

Azərbaycanın görkəmli elm xadimləri tarixən dünya elminə misilsiz töhfələr vermişlər. Elmin bütün sahələrində olduğu kimi, fizika sahəsində dünya şöhrətli alimlərimiz yetişmiş onların nəzəri fikirləri fizikanın bütün istiqamətlərdə inkişafına güclü təkan vermişdir. Belə ziyalılarımızdan biri Nobel mükafatı laureatı Lev Landaudur.

Lev Landau 1908-ci il yanvarın 22-də Bakıda anadan olmuşdur. 13 yaşında orta məktəbi bitirmişdir. Landau hələ ali məktəbə daxil olmadan əvvəl ali riyaziyyatın əsaslarına bələd idi. Onun yaşının az olduğunu nəzərə alan ailəsi universitetə daxil olmasını məsləhət bilməmiş beləliklə, Landau bir il Bakı İqtisad Texnikumunda təhsil almışdır. 1922-ci ildə o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq eyni zamanda iki fakültədə - fizika-riyaziyyat kimya fakültələrində təhsil almışdır. 1924-cü ildə təhsilini Leninqrad (Sankt-Peterburq) Universitetinin fizika şöbəsində davam etdirmiş, 1927-ci ildə həmin şöbəni əla qiymətlərlə bitirərək Leninqrad Fizika-Texnika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1929-cu ildə Almaniya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika Danimarkaya (N.Borun yanına) ezam olunmuşdur. O bu ölkələrin fizika sahəsində görkəmli alimləri ilə yaxından tanış olmuş onların elmi işlərinə böyük maraq göstərmişdir. 1932-ci ildən Xarkovdakı Ukrayna Fizika-Texnika İnstitutunun nəzəri bölməsinə başçılıq etmişdir. Landaunun nəzəri fizikanın bütün sahələrini əhatə edən tədqiqatlarının qeyri-adi geniş diapazonu Xarkovda böyük rezonans doğurmaqla yanaşı, gənc istedadlı alimlər onun ətrafında toplanmışdır. L.Landau 1937-ci ildən SSRİ EA Fizika Problemləri İnstitutunda işləmişdir. Metalların elektron diamaqnetizminin nəzəriyyəsini yaratmış, maqnit sahəsində elektronların diskret səviyyələrini (Landau səviyyələrini) hesablamış güclü yerlərdə qavrayıcılığın sahədən asılı olaraq dövri dəyişməsini qabaqcadan söyləmişdir. Alim antiferromaqnetizm nəzəriyyəsini faza keçidlərinin ümumi nəzəriyyəsini vermiş, Y.B.Rumerlə birlikdə kosmik şüalarda elektron selinin kaskad nəzəriyyəsini işləyib hazırlamışdır. Bundan başqa, maye heliumun ifrat axıcılıq nəzəriyyəsini, zərbə dalğalarının nəzəriyyəsini, elektron plazması rəqslərinin nəzəriyyəsini, ifrat keçiricilik nəzəriyyəsini (V.L.Ginzburqla birlikdə) yaratmışdır. Akademik L.Landau kvant elektrodinamikasının əsaslarını tədqiq etmiş (A.A.Abrikosov b. ilə birlikdə), ikikomponentli neytrino nəzəriyyəsini, Fermi mayesinin nəzəriyyəsini işləyib hazırlamışdır. İkinci dünya müharibəsi dövründə Lev Landau yanma partlayışların, xüsusilə mənbədən uzaq məsafələrdə zərbə dalğalarının tədqiqatı ilə məşğul olmuşdur.

Müharibə qurtardıqdan sonra 1962-ci ilə qədər o, müxtəlif məsələlərin həlli, o cümlədən yüksək sıxlığın riyazi nəzəriyyəsi ilə bağlı tədqiqatlar aparmışdır. Görkəmli alim Sovet İttifaqında atom bombasının yaradılmasında iştirak etmişdir. Maye-helium parametrlərinin təsvir etdiyi elmi nəzəriyyə akademikə dünya şöhrəti qazandırmışdır. L.Landau böyük nəzəriyyəçi fiziklər məktəbinin əsasını qoymuşdur. İ.Y.Pomerançuk, A.B.Miqdal, A.A.Abrikosov digər tanınmış alimlər Landau elmi məktəbinin nümayəndələridir. Alimin yeganə oğlu da atasının yolunu davam etdirmişdir. O, Moskvadakı Fizika Problemləri İnstitutunda fizik-eksperimentator işləyir.

Akademik L.D.Landau bütün dünyada məşhur olan "Nəzəri fizika", "Kvant mexanikası", "Sahə nəzəriyyəsi", "Statistik fizika" kitablarının, həmçinin A.İ.Kitayqorodski ilə birlikdə "Fizika hamı üçün" seriyasından yazdığı bir neçə kitabın müəllifidir. Qeyd edək ki, alim bütün əsərlərini rus dilində yazmış onlar Moskvada çap olunmuşdur. L.D.Landaunun A.İ.Kitayqorodski ilə birlikdə yazdığı "Fizika hamı üçün" kitabı Azərbaycan dilinə tərcümə edilmişdir. Təəssüflə qeyd etməliyik ki, fizika sahəsi üzrə Azərbaycan dilində bu cür materiallar azlıq təşkil edir.

L.D.Landaunun xidmətləri yüksək dəyərləndirilmişdir. O, 3 dəfə Dövlət mükafatı, Lenin mükafatı laureatı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Lenin" ordeni ilə təltif edilmişdir.

Alimin əməyi beynəlxalq miqyasda da lazımınca qiymətləndirilmişdir. O, İngiltərə Kral Cəmiyyətinin, Danimarka Niderland elmlər akademiyalarının, ABŞ Milli Elmlər Akademiyasının, Amerika Elm İncəsənət Akademiyasının üzvü olmuşdur. 1960-cı ildə alim F.London adına mükafata Mars Plans adına medala, 1962-ci ildə isə Nobel mükafatına layiq görülmüşdür.

Akademik L.D.Landau 1968-ci ilin aprelində 60 yaşında Moskvada vəfat etmişdir. Bakı şəhərində vaxtilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.

Bu böyük alimin xatirəsi Azərbaycanda həmişə əziz tutulur. Onun anadan olmasının 100 illiyi münasibətilə Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanvar ayının 22-də təntənəli yubiley iclası keçirmişdir.

 

 

Adilə Qocayeva

 

Azərbaycan.-2009.-4 mart.-S.7.