Milli sahibkarların regional inkişafda müstəsna rolu var

 

Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin sosial-iqtisadi sisteminin yenidən qurulmasında, hökumətin qarşıya qoyduğu strateji məqsədlərin uğurla reallaşdırılmasında mühüm rol oynayır. Milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev bu reallığı düzgün dəyərləndirməklə özəl sektorun inkişafına, yerli xarici adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes investisiya mühitinin formalaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

İcrası ötən il uğurla yekunlaşan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı Azərbaycan regionlarının tarazlı davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, adamlarının fəaliyyəti üçün yaxşı imkanlar açmışdır. Dövlət Proqramının yekunları ilə bağlı bir neçə gün əvvəl təşkil olunmuş konfransın gedişi təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, müasir menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu çox düzgün dəyərləndirir onlara hərtərəfli dəstəyini əsirgəmir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin tərəfdarı kimi çıxış edən cənab İlham Əliyev iqtisadi inkişaf prosesində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malikdir.

Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən dövlət başçısı həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf yoluna qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət artırılmışdır. Kiçik orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Prezidenti hələ 1 fevral 2004-cü il tarixdə Bakı Biznes Mərkəzində yerli sahibkarlarla keçirdiyi görüşdə bu sahədə mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar vermiş, sonrakı mərhələdə bu məqsədlə imzaladığı bütün fərman sərəncamların icrasını daim diqqət mərkəzində saxlamışdır. Bu tarixi görüşdən cəmi bir neçə gün sonra 11 fevral 2004-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı isə regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmlənməsini, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənəd olmaqla yanaşı, bölgələrdə özəl sektorun sahibkarlığın inkişafına xüsusi diqqət ayırmışdır. Cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mahiyyətini elmi surətdə açan Dövlət Proqramının icra vəziyyəti, həmin fundamental proqram çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqaməti kimi bu gün aktuallığını qoruyub saxlayır.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunlarına həsr olunmuş konfransda vurğuladığı kimi, ötən beş ildə qazanılan böyük uğurlarda milli sahibkarlar ordusunun da müstəsna payı var. Ötən müddətdə bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına ciddi təkan vermiş, adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır.

İqtisadiyyatın şaxələndirilməsi qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilmiş əməli tədbirlər nəticəsində qeyri-neft sektoruna qoyulan investisiyalar ötən beş ildə 6,2 dəfə artmış, onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə yüksəlmişdir. Bölgələrin inkişafına xidmət edən bu digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, 27 min 500 yeni müəssisə yaradılmış, 766 min 300 yeri açılmışdır. Ötən beş ildə dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür.

Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı çıxışı zamanı respublikada sahibkarlığın inkişafının geniş vüsət aldığını, istehsal olunan məhsulların keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldiyini, habelə yerli müəssisələrin ixrac potensialının artdığını razılıqla vurğulamışdır. Respublikada bölgənin ən böyük emal müəssisələrinin yaradıldığını deyən dövlət başçısı adamlarının həyata keçirəcəyi layihələrə cari ildə daha böyük məbləğdə güzəştli kreditin ayrılacağını bildirmişdir. "Bu il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən veriləcək kreditlərin həcmi artırılacaqdır. Son dövrdə hər il 100 milyon dollar səviyyəsində vəsait ayrılırdı. Bu il daha da çox həcmdə ayrılacaqdır. Çünki əvvəlki illərdə verilən kreditlər qayıtmağa başlayıbdır. Bu da çox vacibdir. Yəni sahibkarlar əksər hallarda kreditlərdən səmərəli istifadə ediblər o kreditlər qayıdır, qayıtdıqca yenidən iqtisadiyyatın inkişafı üçün kreditlər şəklində güzəştli şərtlərlə sahibkarlara veriləcəkdir. Sahibkarlığın inkişafı üçün təkcə kreditlər, əlbəttə ki, kifayət etməz" - deyən dövlət başçısı əlavə etmişdir ki, milli sahibkarlığın bundan sonrakı mərhələdə dinamik inkişafı üçün zəruri infrastruktur layihələrinin həyata keçirilməsi davam etdirilməli, elektrik, qaz, su ilə təchizat yaxşılaşdırılmalı, yol infrastrukturu bərpa edilməlidir.

Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla təsdiq olunmuş qaydalara əsasən 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "vahid pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artmış, 2009-ci ilin 1 yanvarından gömrükdə bu sistemin tətbiqinə başlanmışdır.

İxracın stimullaşdırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində Azərbaycan ABŞ Norveçin "CSP", Avropa İttifaqının "CSP+" proqramlarına daxil edilmişdir. Bu proqramlar Azərbaycan sahibkarlarına 27 Avropa ölkəsinə, ABŞ Norveç bazarlarına rüsumsuz ya çox aşağı rüsumlarla ixrac imkanları yaradır. 2008-ci ildən Dünya Ticarət Təşkilatına üzv olma ilə bağlı işlər davam etdirilmiş, 11 ölkə ilə ikitərəfli danışıqlar aparılmış, 2 ölkə ilə ikitərəfli protokol imzalanmışdır. Görülmüş tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri sırasında ön sıralardadır. 2003-cü ildə daxili investisiyaların payı 25 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 75 faiz təşkil etmişdir.

Azərbaycanda Dövlət İnvestisiya Şirkətinin yaradılması barədə verilən qərar da Prezident İlham Əliyevin bu sahədə həyata keçirilən dövlət siyasətinin vahid mərkəzdən tənzimlənməsi, respublikaya investisiya cəlbediciliyinin daha da artırılması məqsədindən irəli gəlmişdir. Başlıca vəzifə kimi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin edərək bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışan şirkət eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam etimadın güclənməsinə nail olur, Azərbaycanın sənaye potensialının güclənməsi yönumündə müəyyən addımlar atır.

Azərbaycan Prezidenti özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Azad sahibkarlığın inkişafı istiqamətində atılan ardıcıl addımdar həm respublikamızda demokratik islahatların iqtisadi yüksəlişə paralel şəkildə davam etdirilməsinə, ölkəmizin siyasi, hüquqi, iqtisadi digər sferalarda beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir.

 

 

Azərbaycan.-2009.-5 mart.-S.1.