Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında

 

Azərbaycan Respublikasında aparılan uğurlu siyasi iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir.

Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra institusional təşkilati tədbirlər həyata keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün elektron informasiya resursları formalaşdırılmışdır.

Bununla yanaşı, müvafiq icazələrin alınması qeydiyyat prosedurlarının mürəkkəb olması səbəbindən ölkəmizə gələn əcnəbilər müxtəlif orqanlara müraciət etmək məcburiyyətində qalırlar.

Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasına gələn əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə qərara alıram:

1. 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edilsin.

2. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə olunsun.

3. Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə aşağıdakı vəzifələrin yerinə yetirilməsi tapşırılsın:

3.1. əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu;

3.2. əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu öz rəyi ilə birgə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi;

3.3. əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti daimi yaşamaq üçün icazələrin verilməsi;

3.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti daimi yaşamaq üçün icazə almış əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması;

3.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti daimi yaşamaq üçün icazə almış əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsi;

3.6. Azərbaycan Respublikasına gələn əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması;

3.7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycan Respublikasında yaşayan müvəqqəti olan əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması;

3.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti daimi yaşayan əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə verilmiş icazələr həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, habelə əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında məlumatların "Giriş-Çıxış Qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə ötürülməsi.

4. Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən daxil olmuş sənədlər əsasında 7 gün müddətində Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilib-verilməməsi ilə bağlı qərarların qəbul edilməsini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunmasını təmin etsin.

5. Müəyyən edilsin ki:

5.1. əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində baxılır;

5.2. miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti ya daimi yaşamaq üçün icazə almış əcnəbilər vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə Azərbaycan Respublikasına qayıda bilərlər;

5.3. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən aparılır.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

6.1. daxili əmək bazarı işçi qüvvəsinə olan tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarını müəyyən etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2. əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə verilən çıxış qayıdış vizalarının ləğv edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:

7.1. Azərbaycan Respublikasında müvəqqəti ya daimi yaşamaq istəyən əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə verilən vəsiqələrin, habelə əcnəbilərin vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılmasına dair qərarın nümunəsinə, təsvirinə spesifikasiyasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsi onların yaşayış yeri üzrə qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi, tətbiq ediləcək yeni qaydaların əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə çatdırılması məqsədi ilə izahat işlərinin aparılması, yaddaş kitabçalarının hazırlanması digər zəruri tədbirlərin görülməsini təşkil etsin;

7.3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytında icazələrin alınması üçün verilən ərizələrin formalarının, habelə təqdim olunmalı sənədlərin siyahısının və ödənilən dövlət rüsumları barədə məlumatların yerləşdirilməsini təmin etsin;

7.4. əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən elektron poçt vasitəsilə ərizələrin qəbul edilməsinə başlanılması üçün müvafiq tədbirlər görsün.

8. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2009-cu il

 

Azərbaycan.-2009.-5 mart.-S.1.