Məlumat sessiyalarının keçirilməsinə dəstək verilməsi Azərbaycan dövlətinin demokratik seçki keçirmək əzminin göstəricisidir

 

Martın 4-də "Hyatt Regency-Naxçıvan" hotelində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə ikinci "Seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair məlumat sessiyası" keçirilmişdir.

Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, bu tədbir icra strukturları, dairə məntəqə seçki komissiyalarının işinin təkmilləşdirilməsinə kömək məqsədi daşıyır. Tədbirdə seçki institutlarına, mərkəzi yerli icra hakimiyyəti strukturlarına seçkilərlə bağlı beynəlxalq tələblər, standartlar barədə məlumat veriləcəkdir. Əsas məqsəd tələb odur ki, mərkəzi yerli icra orqanları, seçki institutları öz səlahiyyətlərindən kənara çıxmasınlar, inzibati resurslardan səmərəli şəkildə, qanunauyğun istifadə edilsin, təşviqat qrupları üçün bərabər şərait yaradılsın, seçicilərin səsvermədə öz iradəsini sərbəst ifadə etməsinə yardım göstərilsin, səsvermə prosesinə qanunsuz müdaxiləyə yol verilməsin. Hökumət bunun üçün bütün lazımi addımları atmışdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə beynəlxalq təşkilatların rəy təklifləri nəzərə alınmaqla bir sıra əlavələr dəyişikliklər edilmişdir.

Ə.Həsənov bildirmişdir ki, həm bu dəyişikliklər, həm Prezident İlham Əliyevin seçkilərlə bağlı imzaladığı sərəncamlar seçkilərin, eləcə referendumun ədalətli şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır.

ATƏT-in Bakı ofisinin rəhbəri əvəzi Aleksis Şahtaxtinski demişdir ki, bu tədbirin əsas məqsədi martın 18-nə təyin olunmuş referendumun şəffaf keçirilməsinə seçki prosesinə müdaxilənin qarşısının alınmasına yardım göstərməkdir.

Azərbaycanda seçki prosesinin daim təkmilləşdiyini vurğulayan səfir, seçkilərin şəffaf demokratik keçirilməsi üçün Azərbaycan Prezidentinin imzaladığı fərman sərəncamları, Seçki Məcəlləsinə edilən əlavələri dəyişiklikləri yüksək qiymətləndirmiş, bu tədbirlərin dövlətin demokratik seçki keçirmək əzminin göstəricisi olduğunu bildirmişdir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat sessiyasının əhəmiyyətindən danışmış, dairə məntəqə seçki komissiyalarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı görülən işləri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, icra orqanları seçki komissiyalarının şəraitinin yaxşılaşdırılması seçici siyahılarının dəqiqləşdirilməsində yaxından iştirak edir. Seçkilərin - indiki halda referendumun keçirilməsi üçün bəzi məsələlər var ki, onlar birbaşa icra strukturlarının səlahiyyətindədir. Ona görə bu cür formatla keçirilən tədbirlərdə həm icra strukturları, həm beynəlxalq qurumlar öz fəaliyyətlərini ümumi dəyərlər baxımından bir daha müzakirə edir müəyyən nəticələrə gəlir.

M.Pənahov dairə seçki komissiyalarının bütün lazımi avadanlıq digər zəruri texnika ilə təmin olunduğunu, məntəqə seçki komissiyalarının şəraitinin yaxşılaşdırıldığını, onların da texniki digər problemlərinin həll olunduğunu bildirmişdir.

Daha sonra tədbirdə rayon icra hakimiyyəti rəhbərlərinə, dairə seçki komissiyalarının sədrlərinə Seçki Məcəlləsinə edilmiş əlavələr dəyişikliklər, seçki prosesinə müdaxiləyə yol verilməməsinə dair qanunda nəzərdə tutulmuş tələblər, eləcə beynəlxalq seçki standartları ilə bağlı ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-5 mart.-S.4.

.