Azərbaycan BMT- daha iki sənəd təqdim etmişdir

 

Bu sənədlərdə işğalçı Ermənistanın beynəlxalq hüquq öhdəliklərinin nədən ibarət olduğu soruşulur

 

BMT-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək səylərini davam etdirir. Bu məqsədlə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasına Baş Məclisinə daha iki sənəd təqdim etmişdir.

Münaqişəyə dair mövqeyini Təhlükəsizlik Şurasının Baş Məclisin bir sıra qətnamələrində qəti surətdə ifadə edən BMT Azərbaycan tərəfinin təşəbbüsü ilə işğal edilmiş ərazilərində vəziyyətə dair məsələni sonuncu Baş Məclisin sessiyaları dövründə ayrıca maddə kimi gündəliyə daxil etmişdir. 2008-ci il martın 14-də BMT Baş Məclisi səs çoxluğu ilə "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən, Baş Məclis məsələ ilə bağlı mütəmadi hesabat almalıdır.

Bu ilin əvvəlindən Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qurumun Baş Məclisi Təhlükəsizlik Şurasında təmsil olunan üzv dövlətlərin nümayəndələrinə məsələ ilə bağlı iki hesabat təqdim etmişdir. Ölkəmizin BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyevin Baş Məclisin baş katibi Migel d'Eskoto Brokmana məktubları ilə müşayiət edilən hesabatlarında "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətraf ərazilərində baş vermiş münaqişə haqqında BMT digər beynəlxalq təşkilatların Azərbaycana verdiyi dəstək" "Azərbaycan ərazisini işğal edən hərbi meyilli Ermənistanın beynəlxalq hüquqi öhdəlikləri" mövzuları ətraflı şərh edilmişdir. Birinci mövzuya dair 9 səhifəlik xronoloji fakt toplusu BMT-nin üzvü olan dövlətlərin diqqətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair nüfuzlu beynəlxaq qurumların, o cümlədən İslam Konfransı Təşkilatı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT BMT Baş Məclisi Təhlükəsizlik Şurası, eləcə bölgədə marağı olan nüfuzlu dövlətlər, o cümlədən İran, Rusiya, ABŞ Avropa İttifaqı dövlətlərinin mövqelərini əks etdirir. Hesabatdan aydın olur ki, münaqişəyə dair beynəlxalq icmanın mövqeyi yekdildir münaqişənin beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi dəstəklənir.

"Azərbaycan ərazisini işğal edən hərbi meyilli Ermənistanın beynəlxalq hüquqi öhdəlikləri" barədə 27 səhifəlik sənəd isə beynəlxalq icma qarşısında üç sual qoyur: - beynəlxalq hüquqa əsasən Ermənistan Azərbaycan ərazisini işğal edən dövlət hesab edilirmi? Əgər bu, belədirsə, onda işğal edilmiş ərazilərdə ictimai asayişin təmin edilməsi, Azərbaycanın hüquqi sisteminin qorunub saxlanması, insan haqlarının qorunması sahələrində Ermənistanın işğalçı kimi öhdəlikləri nədən ibarətdir? Ermənistanın bu öhdəliklərini yerinə yetirməsini necə müşahidə etmək yerinə yetirilməsinə vadar etmək olar?

Bu suallara öz mövqeyini beynəlxalq hüquq baxımından əsaslandıran Azərbaycan tərəfi hesabatın sonunda BMT-nin üzvü olan dövlətlərə 21 maddədən ibarət yekun sənəd təqdim etmişdir. Sənəddə bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ ətraf bölgələrindəki münaqişədə Ermənistanın iştirakı bu münaqişəyə beynəlxalq xarakter vermişdir. Ermənistanın işğalçı dövlət kimi Haaqa Konvensiyasına görə müəyyən öhdəlikləri vardır, o cümlədən zəbt edilmiş ərazilərdə fərdi ictimai mülkiyyətin dağıdılmaması, itkin düşmüş 4210 Azərbaycan vətəndaşına görə məsuliyyət daşıması, hərbi cinayətlərdə əli olan şəxslərin cinayətə cəlb edilməsi s.

Qeyd edək ki, Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyi Baş Məclisə Təhlükəsizlik Şurasına ötən ilin dekabr ayında məsələ ilə bağlı daha iki hesabat - "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün hüquqi fəsadları" "Dövlətlərin ərazi bütövlüyünün təməl norması Ermənistanın təftişçi iddiaları fonunda öz müqəddəratını təyinetmə hüququ" barədə hesabatlar yaymışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Baş Məclisinin bu ilin sentyabrında başa çatacaq 63-cü sessiyasının gündəliyində 13-cü 18-ci maddələri altında diqqətdə qalmaqdadır.

 

 

Şəfəq Akifqı

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.-2009.-5 mart.-S.5.