Laçınlılar öz doğma yurdlarının tərəqqisi naminə işləmək arzusundadır
2008-ci ilin yekunları və 2009-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş yığıncaqda hesabat
məruzəsi ilə
çıxış edən
Laçın Rayon İcra
Hakimiyyətinin başçısı
Ramiz Cəbrayılov dövlətin məcburi köçkünlərə qayğı
və diqqətindən
ətraflı danışdı. Qeyd etdi ki, bu
qayğının konkret
ifadəsidir ki, hesabat ilində Taxta Körpü ərazisində və laçınlı məcburi
köçkünlərin sıx
məskunlaşdıqları digər ərazilərdə
3,7 milyon manatlıq tikinti - quraşdırma və abadlıq işləri görülmüşdür.
Hesabat məruzəsində
minnətdarlıqla qeyd
edildi ki, Prezidentin sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların
və məcburi köçkünlərin sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı"na
edilmiş əlavələrdə
Laçın rayonuna xüsusi diqqət yetirilmiş, məcburi köçkünlərin sıx
məskunlaşdıqları ərazilərdə bir sıra mühüm tədbirlərin həyata
keçirilməsi - Taxta
Körpü qəsəbəsindəki
"fin" evlərində, daxmalarda məskunlaşmış
3800 məcburi köçkün
ailəsinə yeni evlərin tikilməsi, ərazidə çınqıl
örtüklü yolların
çəkilməsi, yeni
subartezian quyularının
qazılması, elektrik
təchizatının yaxşılaşdırılması,
məcburi köçkünlərin
məskunlaşdıqları yataqxana və digər ictimai binaların əsaslı və cari təmir
olunması nəzərdə
tutulmuşdur.
Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət
dəstəyi laçınlıların
da aqrar sektora marağını xeyli artırıb. Hazırda
rayon əhalisində və
fermer təsərrüfatlarında
27,1 min baş qaramal, 192,8 min baş davar bəslənilir. Taxta Körpü ərazisində
hesabat ilində 2947 hektar sahədə 9.127 ton
taxıl istehsal edilmişdir. Bu, 2007-ci ildəkindən 2 dəfə
çoxdur. Rayonun 1167 nəfər
kənd təsərrüfatı
istehsalçısına əkin
sahələrinin becərilməsində
istifadə etdikləri
yanacaq və sürtkü yağlarına
görə 175870 manat
kompensasiya hesablanmış
və həmin məbləğin istehsalçılara
plastik kartlar vasitəsilə ödənilməsi
təmin edilmişdir.
Həmçinin 2008-ci ildə
"Aqroservis" müəssisəsi
üçün əlavə
olaraq 7 yeni kənd təsərrüfatı
texnikası alınmış,
güzəştli qiymətlərlə
50 ton azot, 23 ton superfosfat
gübrəsi satılmışdır.
2008-ci ilin
yaddaqalan hadisələrindən
biri də ilk dəfə olaraq respublikanın müxtəlif
elm, təhsil, səhiyyə,
mədəniyyət, hüquq-mühafizə
və dövlət idarəetmə orqanlarında
çalışan laçınlı
ziyalıların və
iş adamlarının
keçən ilin aprelində keçirilmiş
görüşüdür. Ənənəvi tədbirlərdən fərqlənən bu görüş məcburi
köçkünlər arasında
sağlam mənəvi-psixoloji
mühitin yaranmasına
əhəmiyyətli təsir
göstərmişdir.
Məruzədə qeyd olundu ki,
uzun illər bəzi idarə və müəssisələr
Bakıda fəaliyyət
göstərirdi və
bu da əhalinin
narahatlığına və
narazılığına səbəb
olurdu. Bunu nəzərə alan
rayon rəhbərliyi əhalinin
üz tutduğu idarə və müəssisələrin rayonun
icra strukturlarının
fəaliyyət göstərdiyi
Taxta Körpü qəsəbəsinə köçürülməsini
təmin etmişdir. Eyni zamanda, qəsəbədə
"Kapital Bank"ın
Laçın filialı
üçün bina tikilib istifadəyə verilmişdir. Əhalinin Sosial
Müdafiəsi və
Məşğulluq mərkəzləri,
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün
inzibati binaların tikintisi isə hazırda davam etdirilir.
Hesabat ili rayonda təhsilin inkişafı sahəsində də mühüm mərhələ
olmuşdur. ABŞ-ın
ölkəmizdəki səfirliyinin
xətti ilə Əzizbəyov rayonunun Binə qəsəbəsində
fəaliyyət göstərən
46 saylı və Yaponiya səfirliyinin vəsaiti hesabına rayonun Vaqazin 1 saylı orta məktəblər üçün
yeni binalar tikilib istifadəyə verilmişdir. Bundan əlavə, ötən il Dövlət Qaçqınkom tərəfindən
ibtidai siniflərdə
təhsil alan 1300 şagird üçün
məktəbli forması,
Heydər Əliyev Fondunun xətti ilə 1456 nəfər birinci sinif şagirdinə
17 adda dərs ləvazimatı ilə birlikdə məktəbli çantası paylanmışdır.
Hesabat məruzəsində və
yığıncaqda səslənən
çıxışlarda dövlət
başçısı İlham
Əliyevin ardıcıl
və qətiyyətli
fəaliyyəti sayəsində
işğal altında
olan torpaqlarımızın
tezliklə azad ediləcəyinə böyük
əminlik ifadə olundu.
Lazım Quliyev
Azərbaycan.-2009.-5 mart.-S.5.