Azərbaycan Ermənistan prezidentlərinin növbəti görüşü razılaşdırıldı

 

Öz ərazi bütövlüyünü qüdrətli ordusu hesabına tam təmin etməyə hazır olan Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün hələlik danışıqlar prosesinin davam etdirilməsi üçün yetərincə əsasın olduğu qənaətindədir. Bu səbəbdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsi üçün ölkəmiz danışıqlarda vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığı davam etdirir.

Bölgəyə səfərləri çərçivəsində əvvəl Azərbaycanda, sonra isə Ermənistanda olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) Yuri Merzlyakov (Rusiya) münaqişənin çözülməsi üçün iki ölkə prezidentlərinin qarşıdakı iki ay ərzində növbəti görüşünün keçirilməsini razılaşdırıblar. Qeyd edək ki, həmsədrlər bölgəyə səfərlərini ilk olaraq Azərbaycandan başlayıblar burada Prezident İlham Əliyev, eləcə xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar. Bunun ardınca, onlar Ermənistana yola düşüblər. Yerevanda müsbət görüşlər keçirdiklərini bildirən vasitəçilər həmin görüşün nəticələrini Azərbaycan rəhbərliyi ilə müzakirə etmək üçün yenidən Bakıya qayıdıblar. Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye isə hələ Yerevandan Bakıya yollanan zaman erməni jurnalistlərinin suallarını cavablandırarkən bildirib ki, Prezident İlham Əliyevlə Serj Sarkisyan arasında növbəti görüşün yaxın aylarda baş tutması mümkündür. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, vasitəçilər hər iki tərəfə görüşün təşkili ilə bağlı bir neçə tarix hazırlayıblar onların arasında seçimi prezidentlərin özləri edəcəklər.

Bakıya qayıdıb Prezident İlham Əliyevlə görüşən vasitəçilər sonra mətbuat konfransı keçiriblər. Fransalı həmsədr B.Fasye bildirib ki, Azərbaycan Ermənistan prezidentləri yaxın iki ayda beynəlxalq tədbirlərdən biri çərçivəsində görüşəcəklər. Lakin hələki görüşün dəqiq vaxtı yeri məlum deyil.

Mətbuat konfransında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bölgəyə səfərləri zamanı diskussiyaların asan olmadığını söyləməklə yanaşı, danışıqların mənalı konstruktiv keçdiyini qeyd edib: "Həm Dağlıq Qarabağda, həm Ermənistanda danışıqlar o qədər asan olmayıb. Bununla belə, Ermənistan hökuməti biz belə razılığa gəldik ki, bu prosesi davam etdirməyə ehtiyac var. Həm Bakıdakı, həm Yerevandakı görüşlər bizə əsas verdi ki, onları yenidən Bakıya gəlib müzakirə edək. Bizim Bakıda Prezident İlham Əliyevlə mənalı, konstruktiv, prosesə təkan verəcək müzakirələrimiz oldu".

Rusiyalı həmsədr Y.Merzlyakov isə regiona səfərin əsas məqsədlərindən birinin Azərbaycan Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məsələsi ilə bağlı olduğunu açıqlayıb. Hər iki prezidentin görüşə ilkin razılıq verdiyini qeyd edən vasitəçi dövlət başçılarının yaxın iki ay ərzində bir araya gələcəyini bildirib: "Əlverişli anda bu görüş təşkil olunacaq. Görüş hansısa sammit ya tədbir çərçivəsində baş tuta bilər".

Mətbuat konfransında iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik isə qoşunların təmas xəttində sonuncu monitorinq zamanı atəşkəsin pozulmasına toxunub. O bununla bağlı hesabat hazırlayaraq, həm ATƏT-in fəaliyyətdə olan sədrinə, həm Minsk Qrupu ölkələrinə təqdim edəcəyini deyib: "Mən atəşkəslə bağlı hesabatları mütəmadi təqdim edirəm. Həmin hesabatlar çap olunmur, çünki konfidensialdır. Burada əsas məsələ odur ki, hər kəs atəşkəsə əməl olunmasını istəyir bu məsələdən narahatdır. Qarşılıqlı əməkdaşlıq olmadan atəşkəs rejiminə riayət olunması, eləcə bütövlükdə münaqişənin həllində real nəticə əldə etmək mümkün deyil".

B.Fasye isə həmsədrlərin münaqişənin nizamlanması istiqamətində görülən işlərlə bağlı ildə bir dəfə geniş hesabat hazırlayaraq, ATƏT-in Daimi Şurasına Minsk Qrupuna təqdim etdiyini bildirib: "Ötən ilin yekunları ilə bağlı hesabat isə yaxın vaxtlarda təqdim olunacaq".

Həmsədrlər Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin danışıqlar prosesinə cəlb olunmasına dair Ermənistan media orqanlarında yayılan məlumatların tam əsassız olduğunu da bildiriblər. Bu məqamla bağlı B. Fasye deyib ki, prosesin müəyyən mərhələsində münaqişə başlayana qədər Dağlıq Qarabağda yaşamış insanların danışıqlarda iştirak edəcəyi barədə açıqlama veriblər: "Burada münaqişəyə qədər orada yaşamış insanlar - həm azərbaycanlılar, həm ermənilər nəzərdə tutulur. Biz "Dağlıq Qarabağ tərəfi" deməmişik, münaqişəyə qədər orada yaşayan insanlardan danışmışıq. Bu insanlar - azərbaycanlılar ermənilər danışıqlarda iştirak edəcəklər. Lakin bunun vaxt olacağı məlum deyil. Hələlik onların danışıqlarda hansı çərçivədə iştirak edəcəyi müəyyənləşməyib".

Bununla belə həmsədrlər münaqişə ilə bağlı Azərbaycanın BMT- təqdim etdiyi sənədlərdən narahatlıq duyduqlarını bir daha etiraf ediblər. Halbuki həmin sənədlər sırf beynəlxalq qanunvericiliyə əsaslanır. Bakıda keçirdikləri mətbuat konfransında həmsədrlər Azərbaycanın ötən ilin dekabrında BMT- yaydığı sənədə özlərinin bu sənədlə bağlı verdiyi bəyanata toxunaraq, narahatlıqlarını ifadə etsələr , bu məsələdə Azərbaycanın tam haqlı olduğunu da bilməmiş deyillər.

Qeyd edək ki, burada söhbət Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin təşkilatın baş katibinə göndərdiyi məktublardan gedir. 24 dekabr 2008-ci il tarixli məktub Ermənistanın Azərbaycana qarşı təcavüzünün hüquqi nəticələri barədə hesabat ona əlavədən ibarətdir. A. Mehdiyev hesabat əlavənin BMT Baş Assambleyasının sessiyasının gündəmindəki 13-cü (GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik inkişafa təsiri) 18-ci (Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət) maddələr üzrə Baş Assambleyanın Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını istəyib.

2008-ci il 29 dekabr tarixli məktubda isə Ermənistanın revizionist iddiaları fonunda dövlətlərin ərazi bütövlüyü millətlərin öz müqəddəratını təyinetmə hüququna dair təməl normalar haqqında məruzə ona əlavə əksini tapıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurası Baş Assambleyasına daha iki sənəd təqdim edib.

Bütün bunlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü təmin etmək üçün diplomatik fəallığını daha da artırdığını göstərir. Eyni zamanda münaqişənin dinc yolla həllinə nail olmaq üçün rəsmi Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasından da faydalanır.

 

 

Rasim Bayramov

 

Azərbaycan.-2009.-5 mart.-S.6.