Ölkədə 9200-ə yaxın idman qurğusu var
Sağlam nəslin yetişməsində
idman və bədən tərbiyəsinin
rolu əvəzsizdir. Ölkə iqtisadiyyatında
baş verən sürətli inkişaf prosesi bütün sosial sferaları, o cümlədən idman və bədən tərbiyəsini də əhatə edir və nəticədə bu sahədə qazanılan nailiyyətlər
ilbəil artır.
Dövlət Statistika
Komitəsinin məlumatına
görə, son beş ildə müxtəlif beynəlxalq
yarışlarda idmançılarımız
tərəfindən ümumilikdə
1693, o cümlədən, 569 qızıl, 449 gümüş,
675 bürünc medal qazanılmışdır.
Ən böyük uğurlar ötən il Çində
keçirilmiş Yay Olimpiadasında əldə
edilmişdir. Pekin Yay Olimpiya Oyunlarında
idmançılarımız 7 medal, Paralimpiya Oyunlarında isə 10 medala nail olmuşlar.
İdmanda əldə olunan bütün nailiyyətlər
məhz dövlətin
bu sahəyə olan dəstəyi nəticəsində baş
verir. Qeyd etmək kifayətdir ki, təkcə 2009-cu ildə bədən tərbiyəsi və idmanın inkişafına
dövlət büdcəsindən
ayrılmış vəsaitin
məbləği 12,8 milyon manata çatdırılmışdır.
İdman və bədən tərbiyəsinin maddi-texniki
bazası ildən-ilə
möhkəmlənir. Ölkənin müxtəlif bölgələrində
çoxsaylı idman qurğuları tikilib istifadəyə verilir, mövcud idman qurğuları, stadionlar və digər idman meydançaları təmir edilir, günün tələblərinə
uyğun yenidən qurulur. Cari ilin əvvəlinə
ölkədə idman
qurğularının sayı
9200-ə yaxın, idmanla
məşğul olanların
sayı isə 520 min nəfərdən çox
olmuşdur. İdman seksiyalarında
məşğul olanların
sayı da müntəzəm olaraq artır. Əhali arasında daha
çox futbol, voleybol, şahmat, yüngül atletika və basketbol kimi idman növlərinə
maraq göstərilir.
Bu il ölkədə bir sıra beynəlxalq idman yarışlarının,
o cümlədən bədii
gimnastika üzrə Avropa çempionatının,
boks üzrə "Böyük İpək Yolu", kikboksinq üzrə "Qızıl
əlcək" turnirlərinin,
zorxana və taekvando idman növləri üzrə dünya kuboklarının
keçirilməsi nəzərdə
tutulmuşdur.
Azərbaycan.-2009.-5 mart.-S.7.