Qədim Bakının
müasir görüntüləri
Hələ XIX əsrin sonlarında Bakıya - yeni yaranan sənaye şəhərinə neft mədənlərində işləmək məqsədilə gəlirdilər. Bakı nəhəng bir neft səltənətinə çevrilmişdi. Bununla yanaşı şəhərdə memarlıq nümunələri yaranmağa başladı. Sonralar, əsasən XX əsrin son onilliklərində Bakı öz simasını dəyişdi, böyüdü və inkişaf etdi.
Bu gün isə sevimli şəhərimiz özünün sürətli inkişaf mərhələsinə qədəm qoyub. Əzəmətli qalaları, sarayları, möhtəşəm binaları ilə tarixin yaddaşında dərin iz salmış qədim Bakı hazırda özünə qloballaşan dünyanın strixlərini vurur, qabaqcıl texnologiyaların, müasir memarlıq nümunələrinin tətbiq edilməsi ilə daha da gözəlləşir, yeni görkəm alır. Dünya standartlarına uyğun tikilən milli koloritli memarlıq abidələri, əzəmətli körpülər, fəvvarələr, işıqlandırma sistemi, yaşıllıqlar paytaxtımıza xüsusi yaraşıq verir.
Hər gün Bakının günəşli gündüzlərini çıraqban gecələr əvəz edir. Şəhərimizin sakinləri də, qonaqları da qədim Bakının müasir görüntülərini gecələr də maraqla seyr edirlər. Yaradılan bütün şərait insanlara rahatlıq gətirir, xoş ovqat bəxş edir.
Ağahüseyn Şükürov
Azərbaycan.-2009.-5 mart.-S.8.