Ümumdünya Turizm Təşkilatı Avropa Komissiyasının iclası
Bakıda keçiriləcək
Martın 24-26-da Bakıda Ümumdünya Turizm Təşkilatı Avropa Komissiyasının növbəti - 49-cu iclası
keçiriləcək.
İclasda dünyanın 45 ölkəsindən
nümayəndənin iştirakı
gözlənilir.
İclas çərçivəsində "İqtisadi böhranın Avropada turizmə təsiri" mövzusunda
texniki seminarın da keçirilməsi planlaşdırılıb.
Qeyd edək
ki, sözügedən
iclasın Bakıda keçirilməsi barədə
təşkilatın ötən
ilin may ayında Praqada keçirilmiş
48-ci iclasında razılığa
gəlinib.
Azərbaycan.-2009.-5 mart.-S.5.