Bərdədə Dövlət
Baytarlıq Xidmətinin
zona müşavirəsi
keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Bərdədə 2008-ci ilin yekunları və 2009-cu ilin vəzifələrinə həsr olunmuş zona müşavirəsi keçirmişdir. Müşavirəyə 28 rayonun baytarlıq xidmətinin əməkdaşları dəvət olunmuşlar.
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov müşavirədə geniş məruzə söyləmişdir. Ötən ilin yekunları, xüsusilə, yol verilmiş nöqsanlar prinsipiallıqla təhlil edilmiş, cari ilin vəzifələri müəyyənləşdirilmişdir. Müşavirədə bir sıra rayonlarda, xüsusilə, Bərdədə baytarlıq xidmətinin fəaliyyətində əsaslı dönüşə nail olunduğu vurğulansa da, Samux, Yevlax, Zaqatala, Daşkəsən, Göyçay, Gədəbəydə bu işin yarıtmaz olduğu qeyd edilmişdir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda baytarlıq xidməti işçilərinin qarşısına məsul vəzifələr qoyulduğuna diqqəti yönəldən İsmayıl Həsənov bu il görüləcək işlərdən də ətraflı danışmışdır. O, Azərbaycanın sosial-iqtisadi inkişafı fonunda baytarlıq xidmətini müasir tələblər səviyyəsinə qaldırmaq zərurətini vurğulamış, bunun elmi və praktiki əsaslarını şərh etmişdir.
Azərbaycan.-2009.-5 mart.-S.7.