Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Puezanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı ölkəmizlə BMT arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı tərəfdaşlıq əlaqələrinin gələcəkdə davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Bruno Pueza Azərbaycanın BMT-nin İnsan Hüquqları Komissiyasına təqdim etdiyi hesabatın yüksək qiymətləndirildiyini bunun davamlı inkişafın nəticəsi kimi dəyərləndirildiyini vurğuladı.

Görüşdə Azərbaycanın BMT ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-6 mart.-S.1.