"İmmiqrasiya haqqında" "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "İmmiqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 3, maddə 156; 2001-ci il, ¹ 11, maddələr 676, 695; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 7, maddə 505; 2007-ci il, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 8, maddə 701) 4-cü maddəsinin üçüncü hissəsinə aşağıdakı məzmunda 8-ci bənd əlavə edilsin:

"8) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlər.".

II. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 740; 2002-ci il, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr 676, 698; 2005-ci il, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006-cı il, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007-ci il, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008-ci il, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 727-IIIQD nömrəli qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.7-ci maddədə "müvəqqəti yaşayış vəsiqələrinin" sözləri "Azərbaycan Respublikasında müvəqqəti ya daimi yaşamaq üçün icazələrin" sözləri ilə əvəz edilsin.

2. 14.8-ci maddədə "immiqranta şəxsiyyət" sözləri "daimi yaşayan əcnəbiyə ya vətəndaşlığı olmayan şəxsə qeydiyyat" sözləri ilə əvəz edilsin.

3. 14.9-cu maddədə "müvəqqəti yaşayış vəsiqəsinin" sözləri "Azərbaycan Respublikasında müvəqqəti ya daimi yaşamaq üçün icazələrin" sözləri ilə əvəz edilsin.

III. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-6 mart.-S.1.