"İmmiqrasiya
haqqında" və
"Dövlət rüsumu
haqqında" Azərbaycan
Respublikasının qanunlarına
əlavə və dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında
"İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "İmmiqrasiya haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 mart 2009-cu il
Azərbaycan.-2009.-6 mart.-S.1.