Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında "Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə

 

"Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 52 nömrəli sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. "Alkoqollu içkilər, etil (yeyinti) spirti tütün məmulatı istehsalının, saxlanılmasının, idxalının satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli fərmanının 2-ci bəndinin üçüncü abzasından "Prezidentinin yanında" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş "İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə"nin 2-ci bölməsinin 4-cü bəndindən, 5-ci bölməsinin 1-ci bəndinin ikinci abzasından, 2-ci bəndinin birinci, dördüncü, beşinci on birinci abzaslarından, 4-cü bəndinin birinci ikinci abzaslarından, 6-cı bəndindən, 6-cı bölməsinin 4-cü bəndindən, 7-ci bölməsinin 7-ci bəndindən (hər iki halda), 8-ci bəndindən, 8-ci bölməsinin 1-ci bəndindən, 9-cu bölməsinin 1-ci 5-ci bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli fərmanı ilə təsdiq edilmiş "Milli Depozit Sistemi haqqında Əsasnamə"nin 2.1-ci bəndinin dördüncü abzasından, 3.2-ci bəndinin ikinci abzasından (hər iki halda), 3.4-cü, 3.8-ci bəndlərindən, 4.1-ci bəndinin ikinci abzasından, 6.3-cü bəndindən, 6.4-cü bəndinin birinci ikinci abzaslarından "Prezidenti yanında" sözləri çıxarılsın.

4. "Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 229 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 709; 2001-ci il, ¹ 10, maddə 640) 2-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

5. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 5 yanvar tarixli 245 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 24; 2003-cü il, ¹ 10, maddə 585) 2-ci bəndinin ikinci abzasından "Prezidenti yanında" sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 606; 2001-ci il, ¹ 10, maddə 640; 2002-ci il, ¹ 4, II kitab, maddə 189, ¹ 10, maddə 592; 2003-cü il, ¹ 10, maddələr 566, 569; 2004-cü il, ¹ 6, maddə 432; 2005-ci il, ¹ 5, maddələr 400, 403, 405; 2006-cı il, ¹ 7, maddə 590, ¹ 8, maddə 678, ¹ 9, maddə 742; 2007-ci il ¹ 11, maddə 1097, ¹ 12, maddə 1246; 2008-ci il, ¹ 7, maddə 613) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın 4.4.1-ci bəndinin üçüncü abzasından, 5.11-ci bəndindən, 7.4.1-ci bəndinin ikinci abzasından, 10.6-cı bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

7. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 609; 2001-ci il, ¹ 10, maddə 640; 2003-cü il, ¹ 8, maddə 435, ¹ 10, maddə 552; 2004-cü il, ¹ 6, maddə 435; 2005-ci il, ¹ 2, maddə 64, ¹ 5, maddə 403; 2006-cı il, ¹ 7, maddə 590, ¹ 12, maddə 1034; 2007-ci il, ¹ 3, maddə 228, ¹ 6, maddə 606, ¹ 11, maddə 1110, ¹ 12, maddə 1246; 2008-ci il, ¹ 6, maddə 493) 3-cü bəndinin səkkizinci abzasından "Prezidenti yanında" sözləri on ikinci abzasından "Prezidentinin yanında" sözləri çıxarılsın.

8. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə 1101; 2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008-ci il, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507, ¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə 894; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 13 15 nömrəli, 27 noyabr tarixli 26 nömrəli, 2 dekabr tarixli 31 32 nömrəli fərmanları) 2.10-cu 3.27-ci bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılsın.

9. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, III kitab, maddə 616; 2005-ci il, ¹ 12, maddə 1099; 2006-cı il, ¹ 5, maddə 400, ¹ 12, maddə 1034; 2007-ci il, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 16 nömrəli fərmanı) 1.15-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

10. "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 407 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2000-ci il, ¹ 10, maddə 722) 2-ci bəndinin ikinci abzasından "Prezidentinin yanında" sözləri çıxarılsın.

11. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 12, maddə 844; 2001-ci il, ¹ 7, maddə 470, ¹ 10, maddə 640; 2002-ci il, ¹ 12, maddə 725; 2003-cü il, ¹ 9, maddə 475, ¹ 10, maddələr 569, 585; 2004-cü il, ¹ 9, maddə 678; 2005-ci il, ¹ 5, maddə 400; 2006-cı il, ¹ 7, maddə 590; 2007-ci il, ¹ 5, maddə 452, ¹ 6, maddə 599, ¹ 11, maddə 1097; 2008-ci il, ¹ 7, maddə 613) ilə təsdiq edilmiş "Dövlət özəlləşdirmə opsionları haqqında Əsasnamə"nin 3-cü bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

12. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə 470; 2006-cı il, ¹ 7, maddə 590) Əlavə - "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"nın 3.1-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

13. "Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə 707; 2003-cü il, ¹ 10, maddə 585; 2004-cü il, ¹ 12, maddə 1004) 3-cü bəndinin üçüncü abzasından 7-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

14. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹ 3, maddə 153, ¹ 10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə 721, ¹ 10, maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006-cı il, ¹ 7, maddə 591, ¹ 9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6, maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11, maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹ 9, maddə 799; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 13 nömrəli və 2 dekabr tarixli 30 nömrəli fərmanları) Əlavə ¹ 2 - "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nin "Lisenziya verən icra hakimiyyəti orqanı" sütununun 24-cü, 25-ci, 26-cı və 27-ci bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılsın.

15. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 386 nömrəli fərmanının icrasının təmin edilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 926 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 9, maddə 477; 2007-ci il, ¹ 5, maddə 452) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 3-cü bənddən "Prezidenti yanında" sözləri çıxarılsın;

15.2. həmin fərmanla təsdiq edilmiş "Bütün qiymətli kağızlarla girovun rəsmi reyestri, onun tərtib edilməsi və aparılması Qaydaları"nın preambulasından ",Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyun tarixli, 161 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə" sözləri, 1.1-ci bəndindən isə "Prezidenti yanında" sözləri çıxarılsın.

16. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2004-cü il, ¹ 3, maddə 145) 2.2-ci, 2.3-cü və 3-cü bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılsın.

17. "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu , 2004-cü il, ¹ 5, maddə 337) 2-ci və 3-cü bəndlərindən "Prezidenti yanında" sözləri çıxarılsın.

18. "Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 75 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6, maddə 432; 2006- il, ¹ 7, maddə 590; 2007-ci il, ¹ 11, maddə 1097) 6- bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

19. "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 191 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə 67) 2-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

20. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə 798, ¹ 10, maddə 918; 2006- il, ¹ 5, maddə 408; 2007-ci il, ¹ 3, maddə 232, ¹ 8, maddə 765; 2008-ci il, ¹ 1, maddə 7, ¹ 8, maddə 719) ilə təsdiq edilmiş Əlavə 2 - "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı"nın "Xüsusi icazə verən icra hakimiyyəti orqanı" sütununun 7-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

21. "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 9, maddə 805, ¹ 10, maddə 910; 2007-ci il, ¹ 6, maddə 606) 3-cü bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

22. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 599) ilə təsdiq edilmiş Əlavə IV - "Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları"nın 4.2-ci bəndindən "Prezidenti yanında" sözləri çıxarılsın.

23. "Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 179) 1-ci bəndinin "Komissiyanın üzvləri" bölməsinin on altıncı abzasından "Prezidenti yanında" sözləri çıxarılsın.

24. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2009-cu il

 

Azərbaycan.-2009.-6 mart.-S.1.