Azərbaycan Respublikasının
Qiymətli Kağızlar
üzrə Dövlət
Komitəsi haqqında
Əsasnamənin və
Komitənin strukturunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Qiymətli Kağızlar
üzrə Dövlət
Komitəsinin fəaliyyətinin
normativ hüquqi əsaslarını təkmilləşdirmək
məqsədi ilə qərara alıram:
1. "Azərbaycan
Respublikasının Qiymətli
Kağızlar üzrə
Dövlət Komitəsi
haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur).
2. "Azərbaycan
Respublikası Qiymətli
Kağızlar üzrə
Dövlət Komitəsinin
strukturu" təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
3.1. qüvvədə olan
qanunvericilik aktlarının
bu fərmana uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. Azərbaycan
Respublikası Qiymətli
Kağızlar üzrə
Dövlət Komitəsinin
aparatının və
Komitənin Naxçıvan
Muxtar Respublikası üzrə İdarəsinin
işçilərinin say həddini
müəyyən etsin;
3.4. bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
4. "Azərbaycan
Respublikasının Prezidenti
yanında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin
fəaliyyətinin təmin
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 26
iyul tarixli 161 nömrəli fərmanının
1-ci bəndi (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999-cu il, ¹
7, maddə 423; 2003-cü il,
¹ 10, maddə 585; 2004-cü il, ¹ 8, maddə 617,
¹ 9, maddə 678; 2005-ci il,
¹ 10, maddə 910; Azərbaycan
Respublikası Prezidentinin
2008-ci il 11 noyabr tarixli 14 nömrəli fərmanı) qüvvədən
düşmüş hesab
edilsin.
5. Bu fərman
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 mart 2009-cu il
Azərbaycan.-2009.-6 mart.-S.2.