Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

 

Azərbaycan Türkiyə dövlətləri arasında bütün sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkənin strateji tərəfdaşlığı ötən müddətdə bütövlükdə Cənubi Qafqaz regionunda sülh sabitlik, habelə iqtisadi tərəqqi üçün zəmin rolunu oynamışdır. Azərbaycanın beynəlxalq əməkdaşlığında Türkiyə daim aparıcı mövqeyə malik olmuş, xarici iqtisadi siyasətdə qardaş dövlətlə əlaqələrin genişləndirilməsi xətti üstün istiqamət kimi nəzərdən keçirilmişdir. İndiyə qədər ölkələrimiz arasında münasibətləri ən müxtəlif sahələrdə tənzimləyən mühüm sazişlər imzalanmış, genişmiqyaslı əməkdaşlıq üçün normativ-hüquqi baza yaradılmışdır.

Azərbaycan Türkiyə dövlətləri bir sıra qlobal regional layihələrin həyata keçirilməsi sahəsində səmərəli fəal əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə çəkilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan Türkiyənin regional mövqeyini tranzit əhəmiyyətini nəzərəçarpacaq səviyyədə artırmaqdadır. Bununla belə, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər heç sırf enerji-kommunikasiya layihələri ilə məhdudlaşmır. Respublikamızda yaradılmış əlverişli sərmayə mühiti türk adamlarının ölkəmizə inamını da artırmışdır. Bunun nəticəsi olaraq ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır.

Türkiyə Avropada, Yaxın Şərqdə dünyanın digər regionlarında əsasən Qərbyönlü, NATO ölkələri ilə uyğunlaşdırılmış siyasət yeritməsinə rəğmən bir sıra məsələlərdə öz maraqları çərçivəsində çıxış edir. Türkiyənin Yaxın Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qafqaz digər region dövlətləri ilə münasibətlərində Qərbin, NATO-nun beynəlxalq hüquq normalarının tələbləri həm dini, etnik regional amillər nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan-Türkiyə münasibətləri ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" müdrik kəlamına uyğun olaraq yeni mərhələdə uğurla davam etdirilir. İki ölkə arasında imzalanmış bir sıra mühüm sazişlər ölkələrimiz arasında əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaradır. Dövlət başçılarının imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu baxımdan möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından fundamental sənəddir. "Azərbaycan Respublikası hökuməti Türkiyə Respublikası hökuməti arasında tərəfdaşlıq əməkdaşlıq haqqında Saziş", eləcə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli ticarət iqtisadi əməkdaşlıq proqramı icra planı" daha çox iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, humanitar əməkdaşlıqla bağlı mühüm istiqamətləri müəyyənləşdirən bir sıra sazişlər uşaq, ailə qadın siyasəti sahəsində təcrübə mübadiləsini, gənclər idman sahəsində hərtərəfli əlaqələri qarşıya vəzifə kimi qoyur.

Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud səviyyəsindən razılığını dəfələrlə ifadə etmiş, xüsusən iqtisadi sahədə əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulamışdır. Dövlət başçısının bəyan etdiyi kimi, bu gün regionda həyata keçirilən bir sıra beynəlxalq layihələr məhz ölkələrimiz arasında səmərəli faydalı əməkdaşlığa əsaslanır. Bütövlükdə Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da inkişafı üçün zəngin potensial mövcuddur. İndi həm Türkiyə, həm Azərbaycan yeni dünya nizamının reallıqlarına nəzərən, ikitərəfli əlaqələrin hazırkı səviyyəsi ilə qane olmaq istəmir, mövcud potensialdan tam səmərəli istifadə etmək məqsədilə yeni imkanlar axtarırlar.

Azərbaycan Türkiyə dövlətlərinin nümayəndələri müxtəlif beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edir, rəsmi Bakı isə, öz növbəsində, uydurma erməni soyqırımının ifşa olunmasında rəsmi Ankara ilə birgə addım atır. Türkiyə dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırımı terror aktlarının, digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində öz imkanlarından istifadə edir. 2007-ci il mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan türk diaspor təşkilatları rəhbərlərinin I forumunda təsdiq olunmuş "Azərbaycan türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası"nın, "Azərbaycan türk diaspor təşkilatları rəhbərlərinin I forumunun Bakı Bəyannaməsi"nin müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycan Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurası ardıcıl işlər həyata keçirir.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımı ilə bağlı dinləmələr keçirilmişdir. TBMM-in sədr müavini Eyyub Gülpinarın sədrliyi ilə keçirilən geniş iclasda deputatlar Xocalı qətliamı barədə fikirlərini bildirmişlər. Türkiyəli parlamentarilər Xocalı soyqırımının dünya parlamentlərində gündəmə gəlməsini Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından çəkilməsini, 1 milyona yaxın qaçqın məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasını tələb etmişlər.

Türkiyənin iqtidar partiyası da Xocalı soyqırımı ilə bağlı bəyanat yaymışdır. Ədalət İnkişaf Partiyasının (AKP) bəyanatında bildirilir: "Xocalı qətliamı Azərbaycan bütün türk dünyası üçün ağır bir faciədir. 17 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində əksəriyyəti qadınlar uşaqlar olmaqla yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir. Rəsmi mənbələr, şahidlərin ifadəsi sənədlər Xocalını işğal edən erməni silahlı qüvvələrinin ələ keçirdiyi insanların vəhşi işgəncələrə məruz qaldığını sübut edir. Beynəlxalq insan haqları təşkilatları Xocalıda baş verənləri Dağlıq Qarabağın işğalı zamanı ən böyük qətliam kimi qiymətləndirmişlər. Türkiyənin xarici siyasətinin əsas məqsədi bütün bölgədə sülhə sabitliyə, əməkdaşlıq zəminində tərəqqiyə nail olmaqdır. Qətliamların, kin nifrət mühitinin heç kimə faydası yoxdur. Baş nazirimiz Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, biz düşmən deyil, dost qazanmaq istəyirik. Amma bir millətin yaraları hələ sağalmamış, acıları da davam edirsə, insanlığa zidd faciələrə biganəlik göstərilirsə, belə bir şəraitdə biz millətimizə qara yaxılmasına izn verə bilmərik".

Türkiyənin hakim partiyası birmənalı olaraq qətliamı törədənləri pisləmiş ermənilərə BMT qətnamələrinə əməl etməyi işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarını tələb kimi irəli sürmüşdür. Türkiyə tərəfi zorən cəlb edildiyimiz Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun həll edilməsi istiqamətində atılan bütün diplomatik addımları dəstəkləyir. İki ölkə arasında bütün istiqamətdə uğurla davam etdirilən əməkdaşlıq qarşıda daha yeni imkanlar açır.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-6 mart.-S.2.