Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin Komitənin strukturunun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin aparatının Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin işçilərinin say həddini müəyyən etsin;

3.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli fərmanının 1-ci bəndi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 423; 2003-cü il, ¹ 10, maddə 585; 2004-cü il, ¹ 8, maddə 617, ¹ 9, maddə 678; 2005-ci il, ¹ 10, maddə 910; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli fərmanı) qüvvədən düşmüş hesab edilsin.

5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2009-cu il

 

Azərbaycan.-2009.-6 mart.-S.2.