Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında iştirak etmişdir

 

Dövlət Sərhəd Xidmətinin (DSX) “N” hərbi hissəsinin açılışı olmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.

Prezident İlham Əliyev hərbi hissənin idman salonuna baxdı. Burada sərhədçilər üçün xüsusi əhəmiyyəti olan fiziki hazırlıqdan ötrü hər cür şərait yaradılmışdır. Dövlət başçısı akt salonunda da oldu, burada hərbi hissənin həyatı ilə bağlı tədbirlər keçirilir.

Sonra təlim zalına gələn Ali baş komandana məlumat verildi ki, burada şəxsi heyət müxtəlif silah növlərindən istifadə qaydalarını öyrənir.

Ali baş komandan Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı fotoşəkillərə baxdı.

Prezident İlham Əliyev pnevmatik atıcılıq otağında pnevmatik tapançadan hədəfə atəş açdı.

Sonra dövlət başçısı əsgərlərlə görüşdü.

Atıcılıq poliqonu ilə tanış olan Ali baş komandana məlumat verildi ki, burada müxtəlif məsafələrə - 10, 25, 75 100 metr məsafələrə atəş açmaq üçün ən yüksək standartlara uyğun şərait yaradılmışdır.

Prezident İlham Əliyev hərbi hissədəki yeni texnikalara da baxdı. Bildirildi ki, digərləri kimi, yeni hərbi hissə müasir tipli texnikalarla təchiz olunmuşdur.

Dövlət başçısı şəxsi heyətin hərbi təlimlərini izlədi, qərargah binasında yaradılan şəraitlə, yeməkxana ilə tanış oldu.

Ali baş komandan hərbi hissənin muzeyində oldu. Burada ümummilli lider Heydər Əliyevin Prezident İlham Əliyevin sərhəd qoşunlarının inkişafına göstərdiyi diqqət qayğını əks etdirən fotoşəkillər kitablar toplanmışdır.

Dövlət başçısı gizir zabitlər üçün yataqxana ilə tanış oldu, hərbi hissənin təchiz olunduğu müasir silah növlərinə baxdı.

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin yüksək tələblərə cavab verməsi üçün görülmüş işlərdən razılığını bildirdi, müvafiq tövsiyə tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-7 mart.-S.1.