Prezident İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjounu qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Çjan Xayçjounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Çin arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilmiş, qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilmişdir.

 

 

Azərbaycan.-2009.-7 mart.-S.2.