Azərbaycan Respublikası
və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
1. Azərbaycan
Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
yeni tərkibi aşağıdakı heyətdə
təsdiq edilsin:
Komissiyanın həmsədri
Natiq Əliyev
- Azərbaycan Respublikasının
sənaye və energetika naziri
Komissiyanın üzvləri
Xələf Xələfov
- Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azər Bayramov
- Azərbaycan Respublikası
maliyyə nazirinin müavini
Niyazi Səfərov
- Azərbaycan Respublikası
iqtisadi inkişaf nazirinin müavini
Bəhram Əliyev
- Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Teymur Mehdiyev
- Azərbaycan Respublikası
mədəniyyət və
turizm nazirinin müavini
Nigar Əliyeva
- Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Avtandil Babayev -
Azərbaycan Respublikası
Milli Bankının İdarə Heyəti sədrinin müavini
Vilayət Quliyev -
Azərbaycan Respublikasının
Polşa Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri
2. “Azərbaycan
Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
17 aprel tarixli 1416 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 4, maddə
345) qüvvədən düşmüş
hesab edilsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
yeni tərkibi barədə Polşa Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
4. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri,
6 mart 2009-cu il.
Azərbaycan.-2009.-7 mart.-S.2.