Azərbaycan  İran  prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olmuşdur.

 

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edildi, siyasi, iqtisadi humanitar sahələrdə əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirildi.

Görüş zamanı Azərbaycan və İran xalqları arasında mədəni əlaqələrin zəngin tarixi olduğu xatırladıldı, humanitar əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olundu, iki ölkə arasında münasibətlərin inkişafının regional əməkdaşlığa da töhfə verdiyi vurğulandı.

Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

Azərbaycan.-2009.-11 mart.-S.1.